31 Oktyabr 2021 00:03
924
Səhiyyə
A- A+

Gözəlliyə xidmət

 

Kartof dərinin dəstək sistemi olan kollageni gücləndirmək qabiliyyətinə malikdir. Xüsusilə çiy kartof və suyu ilə hazırlanmış sadə maskalar sızanaqların, qara nöqtələrin və ya dəri ləkələrinin müalicəsində son dərəcə təsirlidir. Daha parlaq və qırışsız bir dəriyə sahib olmaq istəyirsinizsə, aşağıdakı reseptlərdən istifadə edə bilərsiniz.

Gözaltı göyərmələr və şişkinlik üçün: çiy kartofu soyun və böyük dilimlərə ayırın. Dilimləri nazik parça ilə sarıyıb gözlərinizin altına qoyun. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Qırışlar üçün: qırışmış nahiyəyə kartof suyu çəkin və ya incə doğranmış çiy kartof qoyun. 15-20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

Ölü dəri hüceyrələrini çıxarmaq üçün: üzünüzü və boynunuzu kartof suyu ilə nəmləndirilmiş pambıq parça ilə silin.

Quru dərilər üçün: kartofu sürtgəcdən keçirin və içinə 1 çay qaşığı kəsmik əlavə edərək yaxşıca əzin. Bu maskanı üzünüzə çəkib 20-25 dəqiqə saxlayın. Soyuq su ilə yuyun.

Günəş yanıqlarının müalicəsi üçün: çiy kartof dilimlərini günəş yanığı nahiyəsinə qoyun. Rahatlıq hiss edənə qədər gözləyin.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video