19 Fevral 2012 12:02
540
Oxucu məktubları
A- A+

Gözəl söz də məlhəm kimidir

 

Hörmətli redaksiya!

Qəzet-jurnal səhifələrində  yaxşı yazıya, televiziya kanallarında maraqlı verilişə həmişə rast gələ bilmirik. Gileylənirik. Biz bir yana, artıq KİV nümayəndələrinin  özləri də efir məkanında bir mənəviyyat boşluğunun yaranmasını, bayağı mədəniyyətin və bayağı əxlaqın təbliğinin yer almasını etiraf edirlər. Müsbət nümunələr az da olsa, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Ailə həkimi" adlı radio verilişini bu sırada istisna kimi qeyd etmək olar. Özünü Əli həkim kimi dinləyicilərə təqdim edən aparıcı canlı efirdə sual-cavablar əsasında imkan daxilində bütün mümkün xəstəlikləri araşdırmağa, düzgün diaqnozu təyin etməyə cəhd edir, nikbin tövsiyələr verir, dinləyiciləri sağlam həyat tərzinə istiqamətləndirir.

Səmimiyyəti və nəcibliyi dəyərləndirən həkimin həlim danışığından doymaq olmur. Əli həkim təbabətə aid dərin mütaliəyə və təcrübəyə söykənərək dinləyiciləri hərtərəfli maarifləndirir, istiqamətləndirir. Suallara cavab verərkən müdriklərin deyimlərindəki loğman hikmətlərini, təbibliyin valehedici incəliklərini dinləyiciyə başa salır, sağlamlığın açarının hər kəsin öz əlində olmasını anladır. Klassik irsə müraciət, hətta təmsillərdən gətirilən nümunələr dinləyicini heyran qoyur, ona nikbin ruh bağışlayır.

 

Əsəd Rza YAQUBİ, 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video