Gözəl səsli ifaçı
Son dövrlərdə Azərbaycanın milli operası özünün bir-birindən zəngin tamaşaları ilə operasevərlərin böyük marağına səbəb olmuşdur. Bunun bir səbəbi də tamaşalarda istedadlı gənc ifaçıların çıxışları üçün yaxşı şərait yaradılmasıdır. Hazırda tamaşaçı opera tamaşalarına baxarkən, cəzbedici klassik opera musiqisini dinləyərkən özünün emosional ovqatının yaxşılaşdığını bir daha hiss edir və məmnunluq hissi keçirir. Tamaşaçı daha yaşlı ifaçıları romantik xarakterli sevən və sevilən gənclər obrazında görmədiyinə sevinir. Ona görə ki, teatr rəhbərliyinin həyata keçirdiyi əməli tədbirlər öz bəhrəsini vermişdir.
Tamaşalara cəlb olunan gənc istedadlar teatra gənclik ovqatı gətirmişlər. Yaxın dövrlərə qədər səhnədə "qocalmış" səslər dinləməkdən, gənclik təravətini itirmiş ifaçıları yaşlarına uyğun olmayan rollarda görməkdən zinhara gəlmiş tamaşaçılar vokal partiyalarının ifasında xariqələr göstərməyə qadir olan gəncləri dinləməkdən heyranlıq hissləri keçirirlər. Uzun illərdən bəri ruslardan, ermənilərdən və digər millətlərdən, çox az sayda azərbaycanlı solistlərdən ibarət olan teatr kollektivi klassik opera tamaşalarını rus dilində oynayırdılar və çox da yüksək olmayan ifa nümunələri göstərirdilər. Eyni zamanda, koloratur soprano, kontralto, dramatik soprano, metso-soprano xarakterli qadın səslərinin, xalis və tutarlı bas, bariton, tenor (dramatik tenor, tenor-altino, lirik-dramatik tenor xarakterli səslər çox az olduğundan tamaşalar bir qədər sönük keçir və dinləyiciləri qane etmirdi. Teatra gənc və məsuliyyətli, incə musiqi duyumlu Akif Məlikov direktor təyin edildikdən sonra keyfiyyət dönüşü yarandı. Ümid verməyən "solistlər" ümidverici gənc ifaçılarla əvəz olunmağa başladı. Teatr truppasına qəbul olunan gənc istedadlardan biri də metso-soprano səsli Səbinə Əsədova idi.
Metso-soprano səsi dramatik sopranoya yaxın, lakin ondan dolğun səsdir. Metso-sopranonun imkanları çox genişdir. Həmin səsin sahibi olan müğənni xanımlara adətən güclü, iradəli xüsusiyyətlərə malik qadın obrazları, məsələn, fransız bəstəkarı Jorj Bizenin "Karmen" operasında Karmen, italyan bəstəkarı Cuzeppe Verdinin "Aida" operasında firon qızı Amneris, fransız bəstəkarı Sen-Sansın "Samson və Dalila" operasında Dalila partiyaları tapşırılır. Azərbaycan opera səhnəsinin ən xoşagəlimli metso-sopranosu SSRİ məkanında Karmen partiyasının bənzərsiz ifaçısı kimi ad çıxarmış xalq artisti Fatma Muxtarova olmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov vokal professoru Hüseyn Əliyevin böyük perspektivi olan ifaçı kimi dəyərləndirərək teatra gətirdiyi Səbinə Əsədovanın səs imkanlarını müəyyənləşdirdikdən sonra onu solist kimi işə götürmək qərarına gəlmiş və demişdi: "Siz doğrudan da opera solisti olmağa layiqsiniz". Səbinə Əsədova teatr rəhbərliyi tərəfindən ona göstərilən etimadı doğrultmaq üçün yorulmaq bilmədən çalışdı, metso-soprano imkanlarının tam açılmasını öz qarşısına məqsəd qoydu. Onun Cuzeppe Verdinin "Riqoletto" operasında vokal ifaçılığı baxımından bir-birindən maraqlı Covanna, Maddalena, Çeprano kimi partiyalarının uğurlu alınması gənc solisti daha da ruhlandırdı. O, Cuzeppe Verdinin dünyada məşhur "Trubadur" operasında Azuçena, Coakino Rossininin "Sevilya bərbəri" operasında qulluqçu qız Berta, Jorj Bizenin "Karmen" operasında Mersedes, Fikrət Əmirovun "Sevil" operasında Gülüş, C.Verdinin "Traviata" operasında Flora Bervua, Azərbaycan bəstəkarı L.Vaynşteynin "Zoluşka" operasında Qortenziya partiyalarının öhdəsindən layiqincə gələ bildi. Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında Qaraca qız partiyası Səbinə Əsədovanın ifasında qaraçı qızın milli xüsusiyyətlərini orijinal cizgiləri ilə ortaya qoydu.
Səbinə Əsədova geniş vokal imkanlarına malikdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsində təhsil zamanı onun ixtisas müəllimləri - dosent Sevda Məmmədova, magistratura tədrisi dövründə isə xalq artisti professor Fidan Qasımova gənc ifaçıya təlqin etmişlər ki, vokal əlifbasına yiyələnməyəndən yaxşı ifaçı çıxmaz. Məhz bu səbəbdən Səbinə xanım ifaçılıq təmrinlərini bir-birinin ardınca mənimsəmək üçün yorulmadan çalışırdı. Sonsuz musiqi marağını müşahidə edən müəllimləri ona hərdən kiçikhəcmli romansların ifasını da tapşırırdılar. Onlar istəyirdilər ki, Səbinədə bu və ya digər əsərin ifasında yaradıcı münasibət inkişaf etsin.
Səbinə Əsədovanın geniş vokal imkanları və cazibəli səhnə görünüşü var. Tamaşaçılar onun tembr baxımından bənzərsiz səsinin məlahətinə, ifadə tərzinin aydınlığına, aktyorluq məharətinin kamilliyinə biganə qala bilmirlər.
Səbinə Əsədova koservatoriyada təhsil alarkən məşhur rejissor, xalq artisti, professor Gülcahan Güləhmədovanın tələbələrin qüvvəsi ilə hazırladığı tamaşalarda iştirak etdiyindən dram aktyorluğuna həmişə maraq göstərmişdir. Bu onun opera tamaşalarındakı rollarının təfsirində özünü istedadlı aktrisa kimi təqdim etməsinə imkan verir.
Səbinə xanım musiqidən maksimum emosionallıq duymaq məharətinə malik ifaçıdır. Aşağı tonallıqda səsi az qala məxməri baritonallıq tembrinə bürünür. Onun geniş ifa imkanlı metso-soprano səsi Karmen, Amneris kimi mürəkkəb qadın obrazlarının həyatiləşdirilməsi üçün çox gözəl material kimi dəyərləndirilə bilər.
Səbinə xanım ilk musiqi təhsilini G.G.Şaroyev adına məktəbin fortepino sinfində almışdır. Bununla bərabər, "Atikva" Uşaq Xorunda oxumuşdur. Xor ilə birlikdə İsraildə və Gürcüstanda konsert turnelərində iştirak etmişdir. Səsi olduğu üzə çıxandan sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuş və oranı bitirmişdir.
Türkiyə, Kipr, İtaliya, Fransa, Almaniya, Rusiya qastrollarının iştirakçısı olmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Ş.Məmmədova adına Opera Studiyasının solistidir. Eyni zamanda, Azərbaycanın Dövlət Xor Kapellasında çalışır.
Arif HÜSEYNOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb
25 Aprel
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!