04 Iyun 2020 14:22
5232
CƏMİYYƏT
A- A+

Göz üçün faydalı olan qidalar


Həyatın gözəlliklərini görmək və ondan zövq almaq gözlər vasitəsilə mümkündür. Ona görə də gözləri qorumaq ən vacib sağlamlıq şərtlərindən biridir.

Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a deyib: "Bəzi meyvə və tərəvəzlər görmə qabiliyyətini gücləndirir. Məsələn, özündə S vitamini ehtiva edən itburnu gözün qan dövranını yaxşılaşdırır. A, B, S vitaminləri ilə zəngin olan cəfəri isə göz yorğunluğunu azaltmaq üçün ideal vasitədir.

Bibər, limon və narıncı rəngdə olan meyvə-tərəvəzlərdəki S vitamini gözün tonusunu, yorğunluğunu aradan qaldırır. Omeqa-3 və Omeqa-6 vitaminləri ilə zəngin olan balıq da görmə qabiliyyətini gücləndirir”.

Həkim-oftalmoloqun dediyinə görə, bibər, kivi və ispanaq da göz üçün faydalı olan qidalar sayılır: "Şirin bibər göz damarlarının tonusunu normalaşdırır. S və E vitaminləri ilə zəngin olan kivi torlu qişaya müsbət təsir göstərir. Adətən immun çatışmazlığı zamanı axşam vaxtı zəifgörmə baş verir və ona "toyuq korluğu” deyilir. Kalium bədəndən suyun xaric olmasına kömək edir və bu zaman göz təzyiqi azalmış olur.

İspanaq gözün görmə qabiliyyətini yaxşılaşdıran bütün komponentlər, o cümlədən beta-karotin və müxtəlif mineralları özündə cəmləşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video