Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar
Oktyabrın 10-da görkəmli ziyalı, böyük şərqşünas alim və parlaq şəxsiyyət Aida xanım İmanquliyevanın anadan olmasından 72 il keçir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) görkəmli alimin xatirəsinə həsr olunmuş "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda ənənəvi müsabiqə keçirmişdir. Müsabiqədə aspirant, dissertant və gənc alimlər iştirak etmişlər.
AzərTAc xəbər verir ki, oktyabrın 10-da AQUPDK müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan elmini Şərq dünyasında tanıdan böyük ziyalı, ədəbi fikir tariximizin istedadlı nümayəndəsi Aida xanım İmanquliyevanın həyat və yaradıcılığı barədə danışmışdır. Qeyd etmişdir ki, artıq bir neçə ildir AQUPDK böyük alimin doğum günü ərəfəsində "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda ənənəvi müsabiqə təşkil edir. Hər müsabiqə yeni-yeni istedadlı mütəxəssisləri üzə çıxarır. Əsas məqsədimiz Aida xanım İmanquliyevanın zəngin ədəbi irsinin dərindən öyrənilməsi və qorunmasıdır.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirmişdir ki, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş Aida xanım İmanquliyevanın elmi və bədii irsi təkcə onun şəxsi fəaliyyətini əks etdirmir. Şübhəsiz, onun yaradıcılığının bəhrələri bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin, mədəniyyətinin böyük nailiyyətidir.
Elmi biliklərə yiyələnməyin vacibliyini diqqətə çatdıran N.Paşayeva vurğulamışdır ki, Şərq, o cümlədən ərəb ədəbiyyatını tədqiq etmək, öyrənmək olduqca çətin, eyni zamanda, şərəfli bir işdir. Bu, xüsusi istedad tələb edir. Biz çalışmalıyıq ki, bu sahənin güclü tədqiqatçıları yetişsin.
N.Paşayeva müsabiqə qaliblərini bir daha təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, bu institutun şöbə müdiri Vilayət Cəfər və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Elman Quliyev çıxış edərək Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında əvəzsiz xidmətlərindən danışmışlar. Bildirilmişdir, o, ilk müsəlman şərqşünas alim qadın kimi bütün Şərq dünyasında tanınmışdır. Bu vətənpərvər ziyalı xanımın qələmə aldığı hər bir əsər, apardığı elmi araşdırmalar ədəbiyyat xəzinəmizin parlaq nümunəsi kimi müəllifinin böyük söz sahibi və kamil şəxsiyyət olduğunu bir daha təsdiq edir. Onun elmi əsərləri şərqşünaslıq tariximizin nadir inciləri hesab olunur. AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə Aida xanım İmanquliyevanın yüzlərlə kitab və monoqrafiyası, tərcümə və elmi məqalələr toplusu nəşr olunmuşdur. O, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş, yaradıcı fəaliyyətinin hər bir istiqaməti ilə qədim Şərqə tükənməz sevgisini sübut etmişdir.
Tədbir çərçivəsində Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunmuş "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda müsabiqənin qalibləri mükafatlandırılmışlar.
Müsabiqədə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı Kəmalə Musayeva birinci, ADPU-nın doktorantı Məlahət Babayeva ikinci, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Fatma Məcidova və BDU-nun şərqşünaslıq fakültəsinin dosenti Gülnur Mahmudova üçüncü yerlərə layiq görülmüşlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib ...
28 Mart
D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır
28 Mart
Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət alb...
28 Mart
Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub ...
28 Mart
Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur ...
28 Mart
Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər
28 Mart
BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
28 Mart
Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub
28 Mart
Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər
28 Mart
RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!