08:46 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Görkəmli opera müğənnisi Firəngiz Əhmədova son mənzilə yola salınmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:12 18.12.2011

 

Dekabrın 17-də görkəmli opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Əhmədova son mənzilə yola salınmışdır.

Vida mərasimində mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu. Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Firəngiz Əhmədovanın həmkarları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri axın-axın Opera və Balet Teatrının binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.

Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqinin inkişafındakı  xidmətlərindən danışmış və onun bənzərsiz bir ifaçı olduğunu vurğulamışdır. O, opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət qazanmışdır. F.Əhmədova Üzeyir Hacıbəylinin "Koroğlu"sunda Nigar, Fikrət Əmirovun "Sevil"ində Sevil, Müslüm Maqomayevin "Nərgiz" və "Şah İsmayıl"ında Nərgiz və Gülzar partiyalarında Şərq qadınının bütün milli koloritini təcəssüm etdirən bu obrazları özünəxas temperamentlə yaratmışdır. Firəngiz xanım həm də Avropa bəstəkarlarının əsərlərinin gözəl ifaçısı kimi tanınmışdır.

Elçin Əfəndiyev demişdir ki, Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazlar Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olmuşdur. Opera sənətində yüksək uğurlar əldə edən Firəngiz xanım, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da yaddaşlarda yaşayacaqdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə F.Əhmədova müxtəlif orden və medallara layiq görülmüşdür. Firəngiz Əhmədova Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Vida mərasimində çıxış edən xalq artistləri Arif Məlikov, Fidan və Xuraman Qasımova bacıları, Azərpaşa Nemətov və Şahlar Quliyev Firəngiz Əhmədovanın bənzərsiz sənət yolundan, vokal ifaçısı kimi yorulmaz fəaliyyətindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Bildirilmişdir ki, Firəngiz Əhmədovanın yaradıcılığı yeni sənətkarlar nəsli üçün daim örnək olacaqdır.

 Mərhumun ailəsi adından çıxış edən qızı Sevda Əhmədova anasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Sonra böyük sənətkarın cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM