17:41 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Goranboylular peyvəndlənmədə fəaldırlar

ANA SƏHİFƏ / SƏHIYYƏ
02:01 26.10.2021

 


Goranboyda koronavirusun qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə tədbirlər davam edir.

Rayon icra hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəal və könüllülərin iştirakı ilə yaradılmış mobil qruplar tərəfindən bütün yaşayış məntəqələrində gündəlik monitorinqlər keçirilir, maarifləndirici təbliğat işləri aparılır.

Qeyd edək ki, rayonda COVID-19 pandemiyası ilə əlaqədar ümumilikdə 23 minə yaxın tibbi test keçirilmişdir. Testin nəticələri müsbət çıxmış 4700 nəfər müalicə olunaraq sağalmış, 101 nəfər vəfat etmişdir. Hazırda 127 aktiv xəstə qeydiyyatdadır. Bundan 3 nəfəri xəstəxanada, 124 nəfəri isə ev şəraitində müalicə olunur.

Nazirlər Kabinetinin 2021-ci il

16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında vaksinasiya işləri davam etdirilir.14 oktyabr 2021-ci il tarixə verilən məlumata görə, rayon üzrə 91015 doz istifadə olunmuşdur. Bundan 50048-i 1-ci, qalanı 2-ci dozdur.

Aparılan əməli tədbirlərin nəticəsidir ki, son günlər rayon ərazisində yoluxma hallarının sayı azalır, sağalanların sayında isə yüksək dinamika müşahidə olunur.

 

Sabir ƏLİYEV,

 “Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM