06:55 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Goranboy şəhərində İlham İsmayılov küçəsi, Vidadi küçəsi, İsmət Qayıbov küçəsi, Nigar Rəfibəyli küçəsi, Qatır Məmməd küçəsi, Nazim Hikmət küçəsi, Şıxəli Qurbanov küçəsi, Mikayıl Müşfiq küçəsi, Xəqani küçəsi və C.Məmmədquluzadə küçəsində abadlıq işləri və küçələrə zibil qablarının qoyulması işlərinin satın alınması məqsədilə açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:16 20.06.2021

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 30.12.2021-ci il tarixə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar. Əlaqələndirici şəxs: Rasif İmanov (Tel: (022) 245-18-14) və

070 245 30 80.

Ünvan: Goranboy şəhəri, H.Əliyev prospekti, 3

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 400 (dörd yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

Goranboy şəhər İcra Nümayəndəliyi

Faktiki ünvan-Goranboy şəhəri, Heydər Əliyev prospekti, 3

VÖEN- 6100038651

Bank rekvizitləri:

Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN-1401555071

Kod- 210005

SWIFT CTREAZ22

H/h- AZ13CTRE00000000000002510732

M/h- AZ41NABZ01360100000000003944

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Maliyyə vəziyyəti haqqında bank arayışı;

- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- Nizamnamə;

- Qeydiyyatdan keçdiyi ölkə;

- Rekvizitlər;

- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

- Lisenziya (tikinti sahəsi üzrə);

- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması barədə məlumat (Müvafiq qurum tərəfindən təsdiqlənmiş formada);

- İddiaçının maddi-texniki imkanları (Abadlıq işlərinin aparılması üçün müvafiq maddi-texniki imkanlar);

- Analoji işlərdə dövlət satınalmalarındakı təcrübəsi;

- Müqavilənin yerinə yetirilmə müddəti;

- Tender təklifinin təminatı (Təklifin dəyərinin 1 faizi həcmində bank sənədi təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Tender təklifi (Tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (Tender təklifi və bank təminatı istisna olmaqla) 12.07.2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini 22.07.2021-ci il saat 12:00-a qədər Portal vasitəsilə Tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri 23.07.2021-ci il saat 12:00-da elektron Portal vasitəsilə açılacaqdır.

 

Tender komissiyası

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM