08 Avqust 2021 00:59
755
İDMAN
A- A+

Gimnastlarımız mübarizəni dayandırdı

 

Dünən Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası “Tokio-2020”də mübarizəyə qoşuldu. Amma Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova və  Zeynəb Hümmətovadan ibarət komandamız çıxışını erkən başa vurmalı oldu.

Təsnifat mərhələsində 5 topla hərəkətlərdə 36.700 xal toplayan gimnastlarımız 3 halqa və 2 cüt gürzlə 37.650 xallıq nəticə göstərərək iki hərəkətin cəmində 14 komanda arasında 10-cu yeri tutdu - 74.350 xal. Beləliklə, millimiz finala yüksələn “8-lik” sırasına düşə bilmədiyi üçün olimpiada ilə vidalaşdı.

Qeyd edək ki, Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova da fərdi çoxnövçülükdə təsnifat mərhələsini 18-ci pillədə başa vuraraq finala yüksələ bilməmişdi.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video