20 Sentyabr 2013 02:09
260
PARLAMENT
A- A+

Geni dəyişdirilmiş məhsulların istehsalına və ölkəyə idxalına qadağa qoyulacaq

 

Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda komitənin 2013-cü il yaz və növbədənkənar sessiyalarının yekunlarına dair görülən işlərin hesabatı dinlənilib və payız sessiyasında qanunvericilik işlərinin planı təsdiq edilib.

Komitə sədri Eldar İbrahimov əvvəlcə payız sessiyasının iş planına Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daxil olan qanun layihələri barədə məlumat verib. Bunlar "Yaşıllıqların mühafizəsi haqqında", "Balıqçılıq haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələridir.

İş planı komitə üzvləri tərəfindən təsdiq olunub.

İclasın gündəliyinə çıxarılan digər altı qanun layihəsinin hər biri genetik modifikasiya olunmuş məhsullara tətbiq olunan qadağalarla bağlı idi. "Seleksiya nailiyyətləri haqqında" qanuna dəyişiklik edilməsi barədə olan qanun layihəsində bildirilir ki, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının dövlət reyestrinə daxil edilməsi qadağandır.

"Toxumçuluq haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş toxumların ölkəyə idxalına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müstəsna hallarda və qaydada yol verilə bilər.

"Yeyinti məhsulları haqqında" və "Üzümçülük və şərabçılıq haqqında" qanunlara təklif olunan dəyişikliklərdə də müvafiq olaraq genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının yeyinti məhsullarının istehsalında, üzüm sortlarının yetişdirilməsində və şərabçılıqda istifadəsində qadağan olunduğu qeyd edilir.

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanuna təklif edilən dəyişikliklərdə isə genetik modifikasiya olunmamış məhsullar, heyvanlar, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı tikililər, avadanlıqlar, nəqliyyat vasitələri və s. sığorta obyektləri kimi dəyərləndirilir.

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanuna ediləcək dəyişikliklərə görə isə alıcıların seçim etmək hüququnu təmin etmək üçün satışa çıxarılan kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməsi barədə məlumat göstərilməlidir.

Sözügedən sənədlərin hər biri insan sağlamlığının təminatı baxımından komitə üzvləri tərəfindən müsbət qarşılanıb və Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video