16 Iyul 2021 00:41
836
CƏMİYYƏT
A- A+

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

 

İyulun 15-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

AZƏRTAC xəbər verir ki, seçkilər “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq təşkil olunub.

Qeydə alınan 43 vətəndaş cəmiyyəti institutu arasında keçirilmiş seçkidə 129 təşkilat səsvermədə təmsil olunub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında keçirilən seçkiləri açıq elan edən gənclər və idman nazirinin müavini, seçki komissiyasının sədri İntiqam Babayev İctimai Şuranın əhəmiyyəti, ictimai nəzarətin həyata keçirilməsində dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığından danışıb.

Sonra İ.Babayev 1994-cü ildən nazirliyin yanında yalnız Gənclərlə İş üzrə İctimai Şuranın olduğunu bildirib. O, nazirliyin iki dövlət siyasətini icra etdiyi üçün qanunvericiliyin tələblərinə görə hər iki sahəni təmsil edən vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasının vacibliyini vurğulayıb və seçkinin tam şəffaf, ədalətli keçirilməsi üçün bütün imkanların yaradıldığını qeyd edib.

Gizli şəkildə keçirilən səsvermənin nəticələrinə əsasən, heç bir vətəndaş cəmiyyəti institutunun nümayəndəsi səslərin çoxluğunu qazana bilməyib. Qanunvericiliyin tələblərinə görə, təkrar seçkilər iyulun 17-də saat 10:00-dan 13:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında keçiriləcək.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şura 1994-cü ildən fəaliyyət göstərir. İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etməkdir. İndiyədək şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video