03:33 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşüb
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:27 15.10.2021

Gənclər və idman naziri Fərid Qayıbov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb. Gənclər və İdman Nazirliyində keçirilən görüşdə bu təşkilata üzv ölkələr arasında dövlət gənclər siyasəti və idman sahəsində əməkdaşlığın mümkünlüyü məsələləri müzakirə edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Fərid Qayıbov qeyd edib ki, beynəlxalq müstəvidə bir-birini dəstəkləyən və həmrəyik nümayiş etdirən bu ölkələrin gənclər sahəsində təcrübə mübadiləsi və eləcə də birgə idman təlim-məşq toplantılarının və digər tədbirlərin təşkili bütün tərəflər üçün faydalı olardı.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə GUAM-a üzv ölkələrin gənclər siyasəti və idmana məsul dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM