16 Sentyabr 2021 12:51
1028
İDMAN
A- A+

Gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub  

Gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, F.Qayıbov şahmatçılarla görüşərək onların hazırlığı ilə maraqlanıb, akademiyanın yetirmələrinin qazandıqları nailiyyətlərin nümayiş etdirildiyi şahmat muzeyinə baxıb.

Daha sonra nazir tanınmış şahmatçının ailə üzvləri ilə görüşüb. Akademiyanın yaranması, fəaliyyəti, gələcək planları və uğurları barədə mərhum qrossmeysterin atası Qasım Həşimov tərəfindən ətraflı məlumat verilib, çətinliklər barədə fikir mübadiləsi aparılıb.

Sonda nazir Fərid Qayıbov Şimali Makedoniyada keçiriləcək şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın yeganə təmsilçisi - Vüqar Həşimov Şahmat Akademiyasının komandasına bu uğurlar arzulayıb. Nazir akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Vüqar Həşimov Şahmat Akademiyası ölkəmizdə Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən qeydiyyata alınmış ilk şahmat akademiyasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video