14 Oktyabr 2021 13:28
446
Təhsil
A- A+

Gənclər və idman naziri Bakı Ali Neft Məktəbində

 

Gənclər və idman naziri Fərid Qayıbov Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov naziri Bakı Ali Neft Məktəbinin maddi-texniki bazası, tədris otaqları, tədqiqat laboratoriyaları, təhsil müəssisəsindəki muzey eksponatları, Tələbə evi, sosial və idman infrastrukturu ilə yaxından tanış edib, tədris prosesi, tələbələrə yaradılan şərait barədə məlumat verib. Qonaq BANM-in Konqres zalında Prezident İlham Əliyevin ali məktəbin kampusunun açılışında çıxışını, kampusun 360 dərəcə virtual videogörüntüsünü izləyib.

Nazir təhsil müəssisəsinin üzgüçülük hovuzu, tennis zalı, fitnes mərkəzi, futbol meydançası, ümumilikdə idman infrastrukturu ilə də tanış olub. Rektor BANM-də müxtəlif idman növləri üzrə klubların fəaliyyət göstərdiyi və hər tələbənin mütləq bir idman klubuna üzv olduğu barədə məlumat verib.

Üzgüçülük klubunun məşqini izləyən Fərid Qayıbov BANM-də idman üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, ali məktəbin futbol və voleybol komandalarının Azərbaycan çempionatında iştirakını təklif edib. Elmar Qasımov Bakı Ali Neft Məktəbinin stolüstü tennis komandasının da yüksək səviyyədə olduğunu və onların da çempionata qatıla biləcəyini qeyd edib.

Sonra nazirin iştirakı ilə ali məktəbdə təhsil alan Prezident təqaüdçüləri, Tələbə gənclər təşkilatlarının sədrləri, Gənclər klublarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə Elmar Qasımov gərgin iş qrafikinə baxmayaraq, BANM-ə və tələbələrə vaxt ayırdığı üçün nazirə təşəkkür edərək, təyin olunduqdan sonra ali məktəblərdə ilk görüşünün BANM-də keçirilməsinin qürurverici olduğunu bildirib.

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olaraq yüksəkixtisaslı, ingilisdilli kadr yetişdirmək missiyasını uğurla həyata keçirdiyini qeyd edib.

O, ali məktəbin Prezident təqaüdünə layiq görülən tələbələrinin sayının hər il artdığını və bu il 102 nəfərdən 33-nün BANM-in tələbəsi olmasını bildirib.

Bakı Ali Neft Məktəbində olmağından məmnunluğunu ifadə edən Fərid Qayıbov buradakı şəraiti, müasir tədris prosesini yüksək qiymətləndirib. “Bakı Ali Neft Məktəbində yaradılan şərait məni müsbət mənada heyrətləndirdi. Bu cür yüksək təhsil sisteminə, infrastruktura malik ali məktəbdə olmaqdan məmnunam. BANM-in uğurlu tələbələri ilə fəxr edirəm”, - deyə nazir bildirib.

Görüşdə nazir tələbələri maraqlandıran sualları cavablandırıb, onların fikir və təkliflərini dinləyib. Sonda Fərid Qayıbova Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi və xatirə hədiyyəsi təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video