Gəncədə Vətən müharibəsi zamanı həlak olmuş mülki şəxslərin xatirəsi anılıb
Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından bir il ötür. Bununla əlaqədar Gəncədə anım mərasimi keçirilib.
Anım mərasimində Milli Məclisin I vitse-spikeri Əli Hüseynli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, hüquq-mühafizə orqanlarının rəhbərləri, müsəlman, xristian və yəhudi dini icmalarının, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkmiş, terror qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verərək demişdir ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 2 radələrində düşmənin növbəti dəfə Gəncəni “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutması nəticəsində 15 nəfər şəhid olmuş, 50-dən artıq şəxs yaralanmış, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da olmuşdur. O da diqqətə çatdırılmışdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11 və 17 oktyabr tarixlərində) raket atəşinə məruz qalmışdır. Nəticədə 26 nəfər şəhid olmuş, 130-dan artıq şəxs yaralanmışdır.
Milli Məclisin I vitse-spikeri Əli Hüseynli qeyd etmişdir ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Ermənistan qadağan olunmuş silahlardan istifadə edərək döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini, mülki obyektləri, xüsusilə də Gəncəni raket atəşinə tutmuşdur. “Bütün bu qanlı hadisələrə, terror aktlarına baxmayaraq, Azərbaycan xalqının iradəsi sınmadı. Azərbaycan Ordusu isə həm gəncəlilərin, həm də həlak olmuş digər mülki şəxslərin qisasını Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmaqla aldı”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdikləri terror nəticəsində dağılan ərazilər gün ərzində şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər tərəfindən ziyarət olunmuşdur.
Sabir ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakı asan rəqib deyil
29 Mart
Qərb Cənubi Qafqazı yeni fəlakətə sürükləmək istəyir
29 Mart
Terror bəşəriyyət üçün təhlükədir
29 Mart
Qərbin məkri Ermənistanı ağır duruma salacaq
29 Mart
Solovyov ermənilərin maşası olmağından "şərəf" duyur
29 Mart
Makron İlham Əliyevə yenə uduzdu
29 Mart
Orta dəhliz hazırda ən etibarlı marşrutdur
29 Mart
Sülhün yolu Azərbaycanla əməkdaşlıqdan keçir
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!