15 Sentyabr 2021 00:38
891
Təhsil
A- A+

Gəncədə “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib

 

Gəncə Şəhər İcra Hakimiyyətinin, Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının dəstəyi və Azərbaycan Rus İcmasının, Rusiya səfirliyinin, Mədəniyyət və İnformasiya Mərkəzinin, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı ilə Gəncədə “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib.

Heydər Əliyev adına Park-Kompeksdə gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin , “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəsinin rəhbəri İrek Zinnurov, Azərbaycandakı “Rus Dili Müəllimləri” Assosiasiyasının sədri Lyubov Yakunina, Milli Məclisin deputatı Naqif Həmzəyev, şagird və müəllimlər iştirak ediblər.

Niyazi Bayramov çıxışında qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər, ikitərəfli əlaqələr bu gün də uğurla davam edir. Şəhər rəhbəri vurğulayıb ki, bu gün keçirilən aksiya iki ölkə arasında olan səmimi münasibətin bariz nümunəsidir. Eyni zamanda Niyazi Bayramov ilk dəfə məktəbə qədəm qoyan şagirdləri də təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb.

Mixail Zabelin də şagirdləri təbrik edib, Zəfər tarixi yaşayan Azərbaycan övladlarına bir daha müharibə acısı yaşamamağı arzulayıb. Millət vəkili onların Vətənə və cəmiyyətə layiqli övlad kimi böyüyəcəyinə əmin olduğunu bildirərək sözügedən aksiya çərçivəsində Gəncəyə səfərindən məmnun olduğunu qeyd edib.

Çıxışlardan sonra Gəncə Uşaq-Gənclər və İnkişaf Mərkəzinin üzvləri, habelə təhsil müəssisələrinin istedadlı şagirdlərinin ifasında şeirlər səsləndirilib, rəqslər nümayiş olunub.

Sonda təşkilatçılar birinci sinif şagirdlərinə məktəb ləvazimatları hədiyyə veriblər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video