04:22 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gəncədə tələbə adını qazanmış şəhid övladı ilə görüş keçirilmişdir

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:25 17.09.2021

 

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində hər iki valideynini itirən Sevil Əliyeva bu il tələbə adını qazanmışdır. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətində onunla görüş keçirilmişdir.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev Sevil Əliyevanı  tələbə adını qazanması münasibətilə təbrik edərək  demişdir ki, Azərbaycanda şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir.  Şəhid övladlarının bütün xalqın övladları olduğunu deyən  Səməd Tomuyev bildirmişdir ki, onlar hər zaman bütün səviyyələrdə qayğıkeşliklə əhatə olunurlar.

Görüşdə iştirak edən şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə İş Adamları İctimai Birliynin sədri Zəfər Məmmədov və başqaları çıxış edərək Sevil Əliyevanı tələbə adı qazanması münasibətilə təbrik etmiş, ona Vətənə layiq övlad olmağı arzulamışlar.

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsinə qəbul olmuş Sevil Əliyevaya  görüşün sonunda planşet hədiyyə edilmişdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM