13 Oktyabr 2021 00:19
829
CƏMİYYƏT
A- A+

Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə  həsr olunmuş ümumşəhər tədbiri keçirilmişdir

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürkün, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərovun, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanları rəhbərlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə dahi şairin şəhər mərkəzində ucaldılmış abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri düzülmüşdür.

 

Şəhərin Cavadxan küçəsində təşkil olunmuş “El şənliyi”ndə Gəncə Dövlət Dram Teatrı aktyorlarının təqdimatında “Xəmsə” adlı ədəbi-bədii kompozisiya göstərilmişdir. Sonra tədbir “Ozan” qədim milli musiqi alətləri ansamblının, “Xəmsə” ritm qrupunun, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, “Gəncə qönçələri” və digər musiqi kollektivlərinin çıxışları ilə davam etmişdir.

Ümumşəhər tədbirində Gəncə Uşaq Rəssamlıq və Uşaq İncəsənət məktəblərinin, habelə Uşaq Gənclər İnkişaf Mərkəzi yetirmələrinin əl işlərindən ibarət sərgi də nümayiş olunmuşdur.

“Gəncə sənətkarları” bölməsində keramika üzərində rəsm, səbət toxuma, ağac üzərində oyma, misgərlik, dulusçuluq və digər qədim sənət növləri, Gəncə Dövlət Kukla Teatrı kollektivinin təqdimatında Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” nağılı nümayış edilmişdir. Tədbirdə Gəncə idmançılarının şahmat, ağırlıq qaldırma, güləş və digər növlər üzrə çıxışları da maraqla qarşılanmışdır.

Tədbirdə Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin, Samux rayon Sərkar Uşaq Musiqi Məktəbinin kollektivləri də iştirak etmişlər. Gəncə Dövlət Filarmoniyasının önündə konsert proqramı ilə davam edən tədbir çərçivəsində Gəncə Urban Mərkəzində “GƏNCƏSƏNƏT” və “GƏncƏKitab” sərgi-satış yarmarkası da təşkil olunmuşdur. Sərgi-satış yarmarkasında müxtəlif növ sənətkarlıq və incəsənət nümunələri, habelə xeyli sayda yerli və dünya ədəbiyyatı inciləri satışa çıxarılmışdır.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video