Gəncədə Əhməd Cavadın barelyefinin açılışı olub
Gəncədə istiqlal şairi Əhməd Cavadın barelyefinin açılışı olub.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şairin nəticəsi Cavad Axundzadə, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir sözləri Əhməd Cavadın olan Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra barelyefin üzərindəki ağ örtük götürülüb, önünə tər güllər düzülüb.
Mərasimdə çıxış edənlər şairin həyat yolundan, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, o cümlədən şairin Gəncəyə olan bağlılığından söz açıblar. Bildirilib ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın olduğundan ailədə həmişə onun haqqında xoş söhbətlər gedib. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoyub. Atasının vəfatından sonra Əhməd Cavad anası ilə bərabər 1906-cı ildə Gəncəyə köçüb. Onun bu şəhərə olan bağlılığı, saf sevgisi demək olar ki, əksər şeirlərində əks olunub. Repressiya qurbanı olan Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib. Həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə isə Bakıda güllələnib.
Çıxışlardan sonra Əhməd Cavadın nəticəsi Cavad Axundzadə və şairin kötücəsi Nərgiz Əhmədqızı barelyefin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Tədbirdə şairin müəllifi olduğu “Gəncəm, hey!..” şeiri və ona bəstələnən mahnı səsləndirilib.
Sabir ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!