13 May 2014 06:05
765
Səhiyyə
A- A+

Gəncədə daha bir orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün bayram edildiyi günlərdə Gəncədə daha bir təhsil ocağının - şəhid Vaqif Əliyev adına tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, 1075 şagird yerlik olan üçmərtəbəli məktəb binasında 40 sinif otağı, kitabxana, 2 idman zalı, akt zalı, kimya və fizika kabinetləri, laboratoriyalar, psixoloq və tibb məntəqəsi yaradılmışdır.
Tədris ocağının açılış mərasimində pedaqoji kollektiv adından məktəbin müəllimi Həqiqət Məmmədova, valideynlər adından Natəvan Məmmədova, eləcə də şəhid Vaqif Əliyevin anası İradə Əliyeva çıxış edərək gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək məktəb binasının əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş və bildirmişdir ki, son iki ildə şəhərdə 31 məktəb, peşə liseyi və uşaq bağçası tamamilə yenidən qurulmuşdur.
Məktəbin təmirində fəallıqla çalışan bir qrup inşaatçıya fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhid Vaqif Əliyevin anası İradə Əliyeva məktəbin açılışını bildirən rəmzi qırmızı lenti kəsmişlər.
Mərasim iştirakçıları məktəb binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video