02:47 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gəncədə bilik və bacarıqları ilə fərqlənən şagirdlər mükafatlandırılıb

ANA SƏHİFƏ / TƏHSIL
00:33 09.04.2021

 

Rəsul Əliyev 2017-ci ildə keçirilən Məktəblərarası I Robot Olimpiadasında 3-cü yerə layiq görülüb.  2018-ci ildə “Sabahın Alimləri” VII Respublika Müsabiqəsinin finalçısı olmuş R.Əliyev Məktəblərarası II Robot Olimpiadasında “Line follower” və “Lego sumo” kateqoriyaları üzrə 2-ci, II Dünya Robot Olimpiadasının Seçim Turunda isə 7-ci yerə layiq görülüb.

O həmçinin 2019-cu ildə ABŞ-da keçirilən “Genius Olympiad”da 4-cü olub. 2020-ci ildə “Hach the Northeast”, “Def Hacks Virtual” və “OSU SF Bay Area Hackathon” müsabiqələrində final mərhələsinə yüksəlib. Rəsul Əliyev uzaqdan idarə edilə bilən “Hashimov” robotunun ixtiraçısıdır.

Əziz Hüseynov isə 2016-2017-ci, 2017-2018-ci və 2018-2019-cu tədris illərində respublika fənn olimpiadalarında informatika fənnindən qızıl medala layiq görülüb. 2018-ci ildə ABŞ-da keçirilən “Genius olympiad” robot yarışında qızıl, 2019-cu ildə “EJOİ Avropa yeniyetmələrin informatika üzrə olimpiada”sında və həmin il  “İATİ” - Bolqarıstanda keçirilən olimpiadada gümüş medallar qazanan Ə.Hüseynov  2020-ci ildə “XVI Beynəlxalq Jautikov Olimpiadası”nda (İZhO)”, “Beynəlxalq Asiya Pasifik İnformatika”da (APİO), “Beynəlxalq İnformatika Olimpiadasında” (İOİ), İnformatika fənni üzrə “XII Payız Turniri”ndə (İATİ), həmçinin builki “XVII Beynəlxalq Jautikov Olimpiadası”nda bürünc medallara sahib olub. Əziz hazırda informatika fənni üzrə respublika fənn olimpiadasının final mərhələsinin iştirakçısıdır.

Bu günlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yüksək nailiyyətlər qazanan həmin şagirdlərlə görüşüb. Görüşdə gəncləri əldə etdikləri nailiyyətlərlə bağlı təbrik edən icra başçısı qeyd edib ki, Azərbaycanın gələcəyi məhz belə istedadlı, bilikli gənclərin əlindədir. O, gənclərə gələcəkdə daha böyük uğurlar arzulamışdır.

Görüşün sonunda hər iki şagirdə noutbuk hədiyyə edilmişdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM