19 Sentyabr 2021 00:48
894
Təhsil
A- A+

Gəncədə Bilik Günü münasibətilə tədbir keçirilmişdir

 

Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə İş Adamları İctimai Birliyinin dəstəyi ilə 15 Sentyabr - Bilik Günü münasibətilə 18 nömrəli tam orta məktəbdə bir qrup valideynlə görüş keçirilmişdir.

Görüşü ŞİH başçısının birinci müavini Səməd Tomuyev açaraq Bilik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, Azərbaycanda dövlət səviyyəsində olan diqqət və qayğıkeşlik nəticəsində bu gün təhsilimiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Sonra Gəncə İş adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov və şəhər təhsil idarəsinin rəisi Anar Qədiməliyev təhsilimizdəki nailiyyətlərdən danışmış və pedaqoji kollektivləri və şagirdləri 15 Sentyabr - Bilik Günü münasibətilə təbrik etmişlər.

Sonda bir qrup aztəminatlı ailələrin məktəbli övladlarına dərs ləvazimatları hədiyyə olunmuşdur.

 

S.ƏLİYEV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video