24 Iyun 2020 21:35
1734
Səfərlər
A- A+

Gəncəçay çayı üzərində yerləşən beş körpü bərpadan sonra istifadəyə verilib


Gəncədə aparılan tikinti, abadlıq-quruculuq işləri arasında yolların, keçidlərin, körpülərin tikintisi və təmiri də əsas prioritetlərdəndir. Son vaxtlar Gəncəçay çayı üzərində eyni vaxta beş körpünün bərpası başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin körpülərdə görülmüş işlərlə tanış oldular.

Bildirildi ki, bu beş körpüdən biri - Müseyib Bağırov küçəsinin Gəncəçay çayı ilə kəsişmədə yerləşən körpü 1986-cı ildə, digər dördü isə ötən əsrin 50-ci illərində tikilib. Körpülər tamamilə köhnəldiyindən gediş-gəliş üçün təhlükəli vəziyyətə düşmüşdü. Bunu nəzərə alaraq dövlətimizin başçısı keçən il mayın 16-da Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Müseyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişmələrində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası üçün Prezidentin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılması barədə Sərəncam imzalamışdı. Həmin vəsait hesabına körpülərdə təmir-bərpa işləri optimal müddətdə başa çatdırılıb. Bütün körpülərin hərəkət hissəsinin, məhəccərlərin, çay məcrasının aşağı və yuxarı hissələrinin, sağ, sol sahil yamaclarının dəmir-betonla bərkidilməsi işləri aparılıb, hərəkət hissəsinin hər iki tərəfində təkərqaytaranlar quraşdırılıb, səkilər təmir olunub. Beləliklə bundan sonra həm piyadalar, həm də avtomobillər bu körpülər üzərindən təhlükəsiz hərəkət edə biləcəklər.

Burada dövlətimizin başçısına tikintisi başa çatmış yollar barədə də məlumat verildi. Qeyd edildi ki, Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidən qurulması bu bölgədə turizmin inkişafında böyük rol oynamaqla Gəncə şəhərindən giriş-çıxışı yaxşılaşdıracaq. Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Samux rayonunda da uzunluğu 12,7 kilometr olan Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu yenidən qurulub. Bu yol 3 yaşayış məntəqəsini əhatə etməklə minlərlə əhalinin gediş-gəlişini rahatlaşdırıb. Paralel olaraq yolun altında mövcud suötürücü borular bərpa edilib, zəruri olan yerlərdə yeniləri qurulub. Layihə çərçivəsində yolun 11-ci kilometrində "Qanlı Qobu” adlanan ərazidə yeni körpü inşa edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video