02 Sentyabr 2021 00:26
1107
CƏMİYYƏT
A- A+

Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramının ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirilib

 

İllik tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Türkiyənin Zəfər bayramının və Silahlı Qüvvələrinin 99-cu ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Türk Ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyinə ekskursiya təşkil olunub, eləcə də Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinə dair film təqdim olunub.

Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyində nümayiş edilən və iki qardaş xalqın tarixini, dostluq əlaqələrini, o dövrün tarixi hadisələrini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumatlar əsgərlərin marağına səbəb olub. Qardaş Türkiyə Respublikasının şanlı Zəfər bayramına həsr olunan tədbirlər şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video