11 Noyabr 2011 01:11
417
İQTİSADİYYAT
A- A+

Gələn ilin sonuna qədər bütün sərhədyanı rayonlar və cəbhə boyu bütün yaşayış məntəqələri qazlaşdırılacaq

 

Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Naftalan şəhərində Qaz İstismar Sahəsinin yeni binasının açılış mərasimində bildirib.

ARDNŞ prezidenti sonra Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin və bir neçə ətraf yaşayış məntəqəsinin mavi yanacaqla təmin edilməsi münasibətilə təşkil edilən yığıncağa qatılıb. O, Tapqaraqoyunlu kənd orta məktəbinin Dövlət Neft Şirkətinin maliyyə vəsaiti hesabına əsaslı şəkildə təmirdən çıxması münasibətilə rəmzi qırmızı lenti kəsib.

O, jurnalistlərə bildirib ki, ölkə rəhbərinin tapşırığına əsasən bütün sərhədyanı rayonlar və cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrinin hamısı gələn ilin sonlarına qədər təbii qazla təmin ediləcək: "Ən ucqarlarda yerləşən və 5-10 ailənin yaşadığı dağ kəndləri istisna olmaqla respublikanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulub və bu, 2013-cü ilin ortalarınadək başa çatdırılacaq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video