27 Avqust 2011 07:08
540
İQTİSADİYYAT
A- A+

Gələn ilin əvvəlinədək Azərbaycan əhalisinin 85 faizi rəqəmsal televiziya ilə əhatə olunacaq

 

2012-ci ilin yanvar ayınadək ölkə əhalisinin 85 faizi rəqəmsal televiziya ilə əhatə olunacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəsmisinin verdiyi məlumata görə, əhali 10 TV proqramlı acıq paketli rəqəmli yayımdan ibarət televiziya paketindən istifadə edə biləcək. Perspektivdə isə kommersiya təyinatlı əlavə 50-60 TV proqramının yayımı da həyata keçiriləcək.

Hazırda rəqəmsal televiziya ilə Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran şəhərləri və ətraf ərazilər əhatə olunub. Rəqəmli TV yayımı tam təmin edildikdən sonra analoq televiziya yayımı dayandırılacaq. Rəqəmsal televiziyaya tam keçid, nazirliyin iş planına əsasən, 2013-cü ildə gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video