17 Noyabr 2011 02:11
245
İQTİSADİYYAT
A- A+

Gələn həftədən qatar biletlərinin onlayn satışı sistemi işə düşəcək

 

"Azərbaycan Dəmir Yolları" QSC-də biletlərin onlayn satışının tətbiqinin ləngiməsi sınaq işləri ilə əlaqədardır. Bu barədə QSC-nin mətbuat xidmətindən bildiriblər.

Onlayn satışa başlanılması noyabrın birinci yarısına planlaşdırılmışdı, lakin test prosesinin uzanması səbəbindən sistemin tətbiqi bir qədər yubanır. Sistemin artıq gələn həftənin çərşənbə axşamı-çərşənbə günü işə düşəcəyi planlaşdırılır", - deyə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir  Əzməmmədov bildirib.

Biletləri QSC-nin üç dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərən rəsmi saytı ilə əldə etmək mümkün olacaq. Biletləri onlayn əldə etmək üçün sərnişinin özünün bank hesabı olmalıdır. Sərnişin bu yolla biletin pulunu ödəyə biləcək. Qatarın yola düşməsinə minimum bir saat qalmış internet vasitəsilə bilet əldə edən sərnişin bunu təsdiq etmək üçün QSC-nin kassalarının birində qeydiyyatdan keçməlidir.

Əgər əvvəllər sərnişinlər beynəlxalq reyslər üzrə Bakıda hər iki tərəfə bilet əldə edə bilmirdilərsə, biletlərin satışı üçün onlayn sisteminin tətbiqi ilə onlar bütün reyslər üzrə bu xidmətdən istifadə etmək imkanı qazanacaqlar.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video