01:27 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gədəbəy Rayon İcra Hakimiyyəti açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:17 10.04.2021

 

Tender 1 LOT üzrə keçirilir.

LOT 1 - Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az-dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqının məbləği: 150 manat

İddiaçılar  iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat: Gədəbəy Rayon İcra Hakimiyyəti

VÖEN: 5900076651

Fond:  7Y

XHK:  (004240)2513931

Büdcə təsnifatının kodu:       142330

Hesab nömrəsi:           AZ67CTRE00000000000002513931

Bank:  Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN: 1401555071

Kod: 210005

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.I.F.T  BIK  CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- maliyyə vəziyyəti haqqında bank arayışı;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- nizamnamə;

- qeydiyyatdan keçdiyi ölkə;

- rekvizitlər;

- lisenziya;

- işçi qüvvəsi haqqında arayış;

- maşın və avadanlıqlar haqqında arayış;

- analoji işlər üzrə təcrübəsinin olması barədə məlumatlar;

- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı (müqavilə dəyəri 100 min ABŞ dollarının manat ekvivalentindən yüksək olarsa, müqavilə dəyərinin 5 faizi həcmində təminat tələb olunacaqdır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır  (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29.04.2021-ci il saat 11:00-a  qədər, tender təklifi və bank təminatı sənədlərini 07.05.2021-ci il saat  17:30-a  qədər Portal vasitəsilə Tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri 11.05.2021-ci il saat 11:00-da elektron Portal vasitəsilə açılacaqdır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM