09 Fevral 2018 03:02
843
Tədbirlər
A- A+

Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

AZƏRTAC xəbər verir ki, fevralın 9-da kubok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Görüşdə çıxış edən Kristian KARAMBO deyib: “Azərbaycanda olmaq mənim üçün həqiqətən də şərəfdir. Sizin gözəl şəhəriniz var. Sizin həmişə idmana dəstək verdiyinizi bilirəm və buna görə Sizə minnətdarıq. Bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirik. Cənab Prezident, bu Kubok Sizə təqdim olunur, siz buna layiqsiniz”.

Əfsanəvi futbolçu Kristian Karambo dünya çempionatının Kubokunun əslini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Çox sağ olun. Mən FIFA-ya, şəxsən sizə, sizin həmkarlarınıza bu tarixi Kuboku Azərbaycan xalqına, azərbaycanlı azarkeşlərə təqdim etmək məqsədilə Bakıya gəlişiniz üçün minnətdaram. Biz Azərbaycanın və Bakının turnenin keçirildiyi ölkə və şəhərlərdən biri kimi seçilməsindən qürur duyuruq. Bu, bizim üçün həqiqətən də böyük şərəfdir. Bu gün bu, böyük bir hadisə olacaq və mən əminəm ki, azarkeşlər bu Kuboka baxmaqdan çox məmnun olacaqlar. Mən sizin icazənizlə bu kuboka toxundum. Mən bilirəm ki, Kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər. Əminəm ki, tariximizdə ilk dəfə qeyd etdiyimiz bu əlamətdar hadisə futbolumuzda, oyunçularımızda daha da böyük həvəs oyadacaq, dünyada bu ən məşhur idman növünün Azərbaycanda inkişafına kömək edəcək. Biz futbolun, idmanın inkişafına kömək etməyə çalışırıq. Azərbaycanın idman sahəsində yaxşı nəticələri var. Keçmiş Rio Olimpiya Oyunlarında Azərbaycan yığması ümumi medal sayına görə dünyada 14-cü yeri tutmuşdur. Biz iki mötəbər beynəlxalq idman yarışına - Avropa Oyunlarına və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik və bu oyunlarda komandamız medal sayına görə müvafiq olaraq ikinci və birinci yerləri tutmuşdur. Biz Bakıda futbol üzrə Avroliqanın finalına və futbol üzrə Avropa çempionatının dörddəbir finalına və bir neçə qrup oyunlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz artıq mötəbər beynəlxalq, Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək dünya ölkələrinin birinə çevrilirik. Əlbəttə ki, bunu biz dostluq və FIFA-ya hörmət əlaməti hesab edirik. Sizdən bizim qonağımız olmuş FIFA-nın prezidenti cənab İnfantinoya salamlarımı çatdırmağı xahiş edirəm. Biz hamımız bu tarixi günü xatırlayacağıq.

 

x x x

 

Sonra FIFA prezidenti Canni İnfantinonun ənənəsinə uyğun olaraq FIFA-nın rəsmi nümayəndəsi xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

AFFA-nın baş katibi Elxan Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, futbol üzrə dünya çempionatının Kuboku xüsusi təyyarədə yeniyetmə azərbaycanlı futbolçuların müşayiəti ilə Bakıya gətirilib. Hətta uşaqlar təyyarədə Kristian Karambo ilə topla oynayıblar. Dünya çempionatının kuboku yerli azarkeşlərin görməsi üçün “Gənclik Mall”da nümayiş etdirilir.

Sonda xatirə şəkilləri çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video