04 Oktyabr 2021 19:19
233
DÜNYA
A- A+

Fumio Kisida Yaponiyanın yeni və 100-cü Baş naziri seçildi

 

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının lideri Fumio Kisida Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) növbədənkənar sessiyasında ölkənin Baş naziri seçilmişdir. Bu barədə yerli KİV xəbər verir.

Səsvermənin nəticələrinə görə, Kisida 465 səsdən 311-ni qazanmış və Yaponiyanın 100-cü Baş naziri olmuşdur. Bundan əvvəl o, hakim partiyanın sədr seçkilərində qələbə qazanmışdır.

Fumio Kisida oktyabrın 31-də parlamentin aşağı palatasına seçkilər keçirmək niyyətindədir. Palata oktyabrın 14-də buraxılacaq.

Məlumat üçün bildirək ki, 64 yaşlı Fumio Kisida 2012-2017-ci illərdə Yaponiyanın xarici işlər naziri olmuşdur.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video