07 Aprel 2021 23:01
666
DÜNYA
A- A+

Fransada yanğın: 155 nəfər təxliyə olundu 


Fransanın cənubunda yerləşən Marsel şəhəri ətrafında baş vermiş  yanğın nəticəsində 155 nəfər təxliyə edilib. Marselin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə La Buyadis kommunası yaxınlığında baş verib.
Saatda 80 km sürətlə əsən külək nəticəsində yanğın Oryol kommunasındakı yaşayış məntəqələrinə  yayılıb.
Alov təqribən 90 hektar sahəni əhatə edir.
Təxliyə edilənlər müvəqqəti olaraq idman kompleksinin binasında yerləşdirilib.
Meteoroloqların proqnozlarına görə, külək  cümə axşamına qədər sakitləşməyəcək və nəticədə yanğın sahəsi artacaq.
Alovu məhv etmək üçün  6 təyyarə və 95 yanğınsöndürmə briqadası cəlb edilib.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video