18:54 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransada minlərlə uşaq keşişlərin təcavüzünə məruz qalıb

ANA SƏHİFƏ / DÜNYA
00:13 10.10.2021

 

Son 70 ildə 200 mindən çox uşaq Fransa katolik kilsəsinin ruhaniləri tərəfindən cinsi zorakılığa məruz qalıb. Bunu genişmiqyaslı müstəqil araşdırmanın  dünən nəşr olunan nəticələri sübut edir.

Cinsi zəmində cinayətlərin müstəqil istintaqı 2018-ci ildə fransız katolik kilsəsi tərəfindən digər ölkələrin kilsələrində baş verən böyük qalmaqallar dalğasında başlamışdır. Komissiyanın tərkibinə həkimlər, sosioloqlar, tarixçilər və teoloqlar daxil idi.

2,5 min səhifəlik hesabatın müəllifləri kilsə və polis arxivlərini araşdırmış, həmçinin şahid və qurbanlarla söhbətlər etmişlər. 2 il yarımda ekspertlər 1950-ci ildən bəri məlumatlar toplamış və 6500-dən çox adam arasında sorğular aparmışlar. Araşdırmanın nəticələri göstərmişdir kı, katolik məktəblərində müəllimlərin də iştirak etdiyi zorakılığın qurbanlarının sayı 330 minə çatır. Ümumilikdə Fransanın 115 min keçmiş və indiki katolik keşişindən 3 minə yaxını  zorakılıqda iştirak edib. Katolik kilsəsinin qurbanlarının böyük əksəriyyəti yeniyetmə yaşına çatmamış müxtəlif sosial təbəqələrdən olan oğlanlar olmuşlar ki, onların da 60 faizi yetkinlik dövründə cinsi və psixi sağlamlıqla bağlı ciddi çətinliklərlə üzləşmişlər.

Araşdırmanın rəhbəri Jan-Mark Savye məruzədə göstərilən rəqəmləri heyrətləndirici adlandırıb. Onun dediyinə görə, son vaxtlara qədər katolik kilsəsi qurbanlarına qarşı dərin və hətta qəddar laqeydlik nümayiş etdirib.

Zorakılıq Qurbanları Assosiasiyasının rəhbəri Fransua Devo isə Fransanın katolik kilsəsini sərt şəkildə pisləyən məruzənin dərc olunmasını alqışlayıb.

Hesabatın müəllifləri iddia edirlər ki, kilsə nəinki zorakılığın qarşısını ala bilməyib, belə hallar barədə məlumat verməyib, hətta bilərəkdən uşaqların cinayətkarlarla əlaqəsinə yol verib.

Qurbanlardan biri məruzəni Fransa tarixində dönüş nöqtəsi adlandırmış və əlavə etmişdir ki, katolik kilsəsinin öz hərəkətlərini köklü surətdə yenidən nəzərdən keçirmək vaxtıdır. BBC-nın müxbiri Hyu Skofild isə hesab edir ki, məruzədəki faktları qəbul etmək çox çətin olacaq, onlar fransızlar üçün sarsıntıya çevriləcək. Buna cavab olaraq, Fransa Arxiyepiskopları Konfransının prezidenti Erik de Mulen-Bofor deyib: “İndi mənim arzum sizin hər birinizdən üzr istəməkdir”.

Bütün bunlardan sonra günahkarların cinayətlərinə görə məsuliyyət daşıyıb- daşımayacaqları hələ də aydın deyil. Belə ki, fransız qanunlarına görə, məruzədəki halların əksəriyyətində iddia müddəti ötüb və bu səbəbdən onlar məhkəmə təqibinin predmeti ola bilməz.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM