05:40 29 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
01:04 29.07.2021

Möhtəşəm ittifaq


00:52 29.07.2021

“Adını mən verdim...”


00:49 29.07.2021

Fitnəkarlıq çox çəkməz


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransa portalları Şuşa Bəyannaməsi barədə məqalələr yayıb
ANA SƏHİFƏ / SİYASƏT
19:09 17.06.2021

 

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmans en France” və “Turquie-news.com” portallarında Şuşa Bəyannaməsi ilə bağlı məqalələri yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalələrdə qədim Azərbaycan şəhəri olan Şuşada ölkəmizlə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasının Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu dünyaya bəyan etdiyi diqqətə çatdırılır. Bu tarixi sənəd iki ölkənin münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilir.

Müəllif Bəyannamənin imzalanmasından sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatlarındakı çıxışlarına istinad edərək yazır ki, Azərbaycanın dövlət başçısı bu sənədin iki ölkə arasındakı əlaqələri ən yüksək zirvəyə qaldırdığını deyib. Bildirib ki, biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın fikirlərinə diqqət çəkən jurnalist onun bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət etdiyini yazır. Müəllif vurğulayır ki, Türkiyə Prezidenti atəşkəs razılaşmasından sonra bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanlarının yarandığını qeyd edib.

Yazılarda qeyd olunur ki, rəsmi Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışıdır. Hər iki ölkə bundan sonra bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Azərbaycan və Türkiyə bütün region dövlətlərini bu əməkdaşlıq prosesində görmək istəyir. Türkiyə həm bərpa prosesinə, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə vermək niyyətində olduğunu bir daha açıqlayıb.

Müəllif yazır ki, bu mühüm sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Qeyd olunur ki, əslində, bundan əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyənləşdirən dövlətlərarası sənədlər, o cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini özündə əks etdirən müqavilələr imzalanıb. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi.

Yazılarda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyadan da bəhs olunur. Bildirilir ki, tədbir zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.

Müəllif diqqəti sözügedən tarixi sənədin imzalanma mərasiminin ermənilər tərəfindən dağıdılmış binanın fonunda keçirilməsinə yönəldir. Həmin dağıdılmış binanın 30 illik işğal dövründə Ermənistan tərəfindən yerlə-yeksan edilmiş tikililərdən biri olduğunu vurğulayan jurnalist ermənilərin hər zaman Azərbaycana məxsus tarixi abidələri, Qarabağda Azərbaycan mədəniyyətinə aid maddi-mənəvi sərvətləri dağıtmaqla, milli irsimizi silmək cəhdlərini qabardıb. Qeyd olunub ki, dağılmış vəziyyətdə olan həmin bina Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın evi olub. Ermənilər 30 il ərzində Azərbaycanın irsini bölgədən silmək məqsədilə çox sayda şəhər və kəndi bu şəkildə məhv ediblər.

Məqalələrdə Şuşa Bəyannaməsinin imzalanmasının təkcə Azərbaycan-Türkiyə münasibətləri üçün deyil, həm də bölgənin gələcəyi üçün mühüm hadisə olduğu bildirilir.

Türkiyənin yaxın vaxtlarda Şuşada baş konsulluğunun açılacağına toxunan müəllif yazır ki, bu, ən mühüm hadisələrdən biri olacaq.

Hər iki xəbər portalı məqaləni manşetdə yerləşdirib və sosial şəbəkə hesablarında yayımlayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM