09 Aprel 2021 18:54
618
SİYASƏT
A- A+

Fransa portalı Qarabağda erməni vandalizmindən yazır

 

Bəzi ölkələr işğal olunmuş ərazilərin təbii ehtiyatlarından son dərəcə bəhrələnib, digərləri isə buna laqeyd qalaraq onu yalnız hərbi işğal kimi qəbul ediblər. Təəssüf ki, Qarabağın Ermənistan tərəfindən 27 il işğalı dövründə sadalanan ssenarilər baş verib: işğal altındakı ərazilərdəki şəhərlər, oranın təbiəti, mədəni və tarixi obyektləri Ermənistan tərəfindən dağıdılıb və viran edilib. Bölgənin inkişafı üçün konkret heç bir iş görülməyib və bu işğal sayəsində Ermənistan iqtisadi cəhətdən inkişaf da edə bilməyib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Mondeafrique” portalında dərc olunan “Ermənistanın işğalı altında Qarabağ mədəniyyətinin məhv edilməsi” sərlövhəli məqalədə yer alıb.

Yazıda 1992-ci ilə qədər azərbaycanlıların yaşadığı bu bölgənin Ermənistan tərəfindən işğal edilməsindən ötən 27 il ərzində bölgədəki tarixi və mədəniyyət abidələrinin məhv olunmasından söz açılıb.

Bildirilib ki, işğal dövründə Ağdam kabus şəhərə çevrilib, buradakı bütün tarixi və mədəni irs nümunələri, eləcə də şəxsi evlər və binaların yerlə-yeksan edilib. Vurğulanıb ki, işğal dövründə Ağdamda 571 mədəniyyət abidəsi, o cümlədən 286 kitabxana, 237 ev və klub, 19 muzey, 24 musiqi məktəbi, 1 kinoteatr, 2 teatr və 2 qalereya binası darmadağın edilib.

Diqqətə çatdırılıb ki, rayonda olan 67 məsciddən yalnız biri pis vəziyyətdə olsa da qalıb. Ermənilər bu məsciddən nəzarət postu kimi istifadə etdikləri üçün onu tam dağıtmayıblar. Digər məscidlər isə tamamilə məhv edilib. Rayondakı körpülər, Zərdüşt ibadətgahları, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kəndlərindəki məscidlər, Horadiz kəndində 2 məscid, Cəbrayıl rayonunun Süleymanlı və Papı kəndlərindəki məscidlər, Qubadlı rayonundakı Mamer və Yusifbəyli kəndlərindəki, həmçinin Zəngilandakı məscidlər yerlə-yeksan edilib. Ağdam şəhərindəki Pənahəli xan (XIX əsr) və Mehdiqulu xan türbələrinə, abidələrə ciddi ziyan dəyib. XIX əsr tarixi abidəsi olan İbrahimxəlil xanın türbəsi isə yer üzündən tamamilə silinib.

Vurğulanıb ki, işğal dövründə erməni silahlı qüvvələrinin İslam mədəni irsini hədəfə aldığı aydın görünür. Həmçinin qeyd olunub ki, işğal altındakı ərazilərdə qanunsuz arxeoloji qazıntılar aparılıb. Qafqaz Albaniyasına məxsus bir çox abidələrin, eləcə də Xudavəng və Gəncəsər monastırlarının da erməni silahlı qüvvələri tərəfindən vandalizmə məruz qaldığı bildirilib.

Müəllif yazıb ki, regionun mədəni irsinə qarşı Ermənistan tərəfindən törədilən vandalizm aktlarının beynəlxalq sənədlərin, xüsusilə də “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası”, “Arxeoloji irsin qorunmasına dair Avropa Konvensiyası” və “Dünya mədəni və təbii irsinin qorunmasına dair Konvensiya”ların kobud şəkildə pozulmasıdır. Azərbaycanın meşə ehtiyatlarının 54 min hektarı erməni və ermənipərəst qüvvələr tərəfindən məhv edilib. Müharibə dövründə də ermənilərin Azərbaycan mədəni irsinə maksimum zərər verməyə çalışıb, evləri yandırıblar.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycanın azad edilmiş ərazilərdə bərpa işlərinə başlanıb. Bildirilib ki, aeroportların, yolların tikintisi, ümumiyyətlə, azad olunmuş ərazilərdə infrastrukturun yaradılması bir milyona yaxın azərbaycanlı məcburi köçkünün doğma yurduna qayıtmasına imkan yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video