09:10 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fotoqrafiyada “ən”lər...

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:12 17.07.2021

 

Dünyanın ən kiçik fotoaparatının ixtirası yaponlara məxsusdur. Uzunluğu 4.5 sm, çəkisi isə 14 qram olan bu cihazın görünüşü hamını təəccübləndirir.

Cibə asanlıqla sığan bu “cırtdan” alət suya və zərbəyə də davamlıdır. Ən müsbət cəhəti isə HD formatlı şəkillər çəkməsidir. Dənizin 10 metr dərinliyindən və yerdən 2 metr yüksəklikdə belə işinin öhdəsindən asanlıqla gəlir. LCD ekranı sayəsində isə suyun altında da çəkiliş apara bilir.

ABŞ-dan olan mütəxəssislər 3.2 milyard pikselə malik dünyanın ən böyük rəqəmsal kamerası ilə fotoşəkillər çəkməyə nail olublar. Bu nəhəng fotoşəkli tam görmək üçün 378 ədəd 4K televizor lazımdır. Cihazın görüntü imkanı o qədər yüksəkdir ki, ona baxan zaman hətta 24 kilometr uzaqlıqdakı qolf topunu ən incə detallarına qədər asanlıqla görmək olur. Alimlərin açıqlamalarına görə, sözügedən fotoaparat insan gözünün qaranlıqda görə bilməyəcəyi cisimləri tam aydınlıqla aşkar edə biləcək.

İkinci Dünya müharibəsi dövründə Yaponiyada təlim təyyarələrində pulemyotların yerinə fotokameralar quraşdırılmışdır. Uçuş zamanı pilot tətiyi çəkərkən qeydə alınmış fotoşəkillər çəkilir, təyyarə endikdən sonra isə onlar mütəxəssislərin sərəncamına verilirdi. Kəşfiyyat xarakterli belə uçuşların nəticələri döyüşlər zamanı Yaponiyanın quru qoşunlarına böyük üstünlüklər qazandırmışdı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM