09 Oktyabr 2011 11:10
589
Elm və texnika
A- A+

Fizika və kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

 

Amerikalı Sol Perlmutter, Adam Raqss və avstraliyalı Brayan Şmidt Nobel fizika mükafatının laureatları elan olunublar. Onlar bu mükafata kainatın genişlənməsinin artan sürətlə baş verməsini kəşf etdiklərinə görə layiq biliniblər.

Kainatın genişlənməsinin ötən əsrin əvvəllərində öyrənildiyini xatırladan Nobel komitəsi bu prosesin  artan sürətlə getməsinin aşkara çıxarılmasını "son dərəcə heyranedici" kəşf kimi dəyərləndirib.

Fiziklər iki fərqli və müstəqil tədqiqat qruplarında uzun illər araşdırma aparıblar. Onlar  kainatın böyük bir hissəsini təşkil edən qaranlıq enerjini kəşf ediblər.  Kainatın artan sürətlə genişlənməsi konsepsiyası dünyanın yaranma prosesini (onun ilk dövrlərdəki halını), eləcə də gələcək taleyini müəyyənləşdirməyə imkan verəcək qədər unikaldır.

İsveç Kral Elmlər Akademiyası Nobel kimya mükafatı laureatının da adını açıqlayıb. İsrail Texnologiya İnstitutunun professoru Daniyel Şextman kvazi-kristalların kəşfinə görə Nobel mükafatı qalibi olub.  Daniyel Şextmanın rəhbərliyi altında fəaliyyət göstərən alimlər qrupu ilk dəfə  1982-ci ildə kvazi-kristal strukturlarını aşkara çıxaranda elm ictimaiyyəti belə bir halın varlığını mümkünsüz hesab etmişdi.  Maraqlıdır ki, alimlər kvazi-kristal atomunun quruluşunu aperiodik islam mozaikası (məsələn, şəbəkə) analogiyası əsasında müəyyənləşdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video