14:26 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fitnəkarlıq çox çəkməz

ANA SƏHİFƏ / SİYASƏT
00:49 29.07.2021

 

Ermənilər son şanslarını da itirə bilərlər

 

İyul ayının 23-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutması nəticədə bir hərbi qulluqçumuzun - gizir Telman Yaqublunun şəhid olması xəbəri bütün xalqmız kimi, məndə də dərin hiddətə səbəb oldu.

Təxribatın işğaldan azad etdiyimiz ərazidə baş verməsi ermənilərin təmas xəttində süni gərginlik yaratmaq kimi çirkin niyyətindən xəbər verir. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistan hakimiyyətinin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışması yeni taktika deyil. Bununla belə, Azərbaycanın Silahlı Qüvvələrinin qəhrəman əsgərləri cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib, ağır zərbələrlə düşməni yerində oturdub. Şəhidimizin qisası qısa zamanda alındı: düşmən tərəfi yenə də törətdiyi təxribatlara görə layiqli cavabını aldı.

Hələ də mənfur düşmənlərimiz tərəfindən Zəngəzur dəhlizinin açılmasına maneçilik törədilir. Əslində, Ermənistanın belə “ərköyün” davranışlarına rəvac verən bəzi qüvvələrin ikili standartlara əsaslanan siyasətidir. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də AzTV-yə müsahibəsində deyib: “...Bəli, Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik...”

Azərbaycan xalqı əmindir ki, dövlət başçısı İlham Əliyevin Rusiyaya səfəri Zəngəzur dəhlizinin həllinə müəyyən təkan verəcək. Siyasi analitiklər də hesab edirlər ki, Azərbaycan diplomatiyası Prezidentin rəhbərliyi ilə bu uğura da imza atacaq.

Bu əminlik bir də ondan qaynaqlanır ki, Prezident İlham Əliyev dünyaya mesaj verərək bildirdi: “...Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. İstəməsə, zorla həll edəcəyik...”

Bəli, Azərbaycan bir müstəqil dövlət kimi bu gün çox güclüdür! Azərbaycan xalqı Xilaskar Liderinin ətrafında sıx birləşərək Ermənistanın 30 illik işğalına son qoydu! Azərbaycan dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünün varlığını təsdiqlədi!

 

Aygül BAĞIROVA,

YAP Gənclər Birliyinin fəalı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM