16 Oktyabr 2021 00:53
970
Elm və texnika
A- A+

Fişəngdən silaha

 

Silahı işlək vəziyyətə gətirib istifadənin nəticəsini tamamlayan barıt təməl funksiyasını yerinə yetirir. İlk barıtdan IX əsrdən etibarən Çində, daha sonra isə Ərəbistan, Hindistan və Avropa ölkələrində istifadə edilmişdir. Əvvəllər onun istifadə məqsədi fişənglər üçün nəzərdə tutulsa da, sonralar odlu yaylarda tətbiq olunmağa başlanıb. Barıtın kəşfi artıq ibtidai vasitələrdən təkmilləşdirilmiş sursatlara gedən yolun əsasını qoymuşdur. Odlu silahlar da X əsrdə Çində ixtira edilib. Lakin bu silaha dair yalnız ipək parça üzərində çəkilmiş təsvir mövcuddur.

Günümüzə qədər gəlib çıxan 1288-ci ilə aid ən qədim silah nümunəsi “Heilongjiang” adını daşıyır. Çində hazırlanan bu tapançaya mərmi lülənin içindən daxil edilirdi. Silahı istifadə etmək üçün 2 əsgər lazım idi. Bir əsgər tapançanın ucunu hədəf istiqamətə tutur, digər əsgər isə barıtı alovlandırmaqla silahdan atəş açırdı. Belə olduğu təqdirdə dəqiq hədəfi tuşlamaq da olduqca çətin olurdu. Bunlara baxmayaraq, tapança döyüşlərdə düşməni qorxutmaq üçün təsirli vasitələrdən sayılırdı.

Mexaniki alovlandırılan silahlar inkişaf etdirildikdən sonra tətikli tapançalar istehsal olunmağa başlandı. Müasir silahların sələfi sayılan matchlock (kibrit kilidi) mexanizmli silah 15-ci əsrdə hazırlanmışdı. Bu silahda daha əvvəl mövcud olan bir çox problemlər aradan qaldırılmışdı. Artıq silahla atəş açmaq üçün yalnız tətiyə toxunmaq kifayət edirdi. Bununla da tapançadan bir nəfər asanlıqla faydalana bilirdi. Lakin sürətliliyi zəif olduğu üçün əsasən sakit və rahat şəraitdə istifadəsi əlverilişli hesab olunurdu.

Mərmi sayının artırılması ilə birdən çox atışı həyata keçirən tapançaların tarixi “Colt Revolver” adlı silahdan başlayır. Bu tapança Samuel Colt tərəfindən icad edilərək 1836-cı ildə patentləşdirilmişdi, xəzinə tutumu 5 mərmidən ibarət idi. Texas ordusu tərəfindən alınaraq istifadə olunmuşdu. Bundan sonra 1846-cı ildə hazırlanan “Colt Walker” tapançası isə 6 mərmili silahların ilk versiyasıdır. Əhali arasında geniş yayılan bu silah müharibələrdə istifadə edilirdi, eləcə də kovboyların sevimlisi idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video