08 Dekabr 2011 01:12
504
Oxucu məktubları
A- A+

Firavanlığın birinci şərti

 

Mən taleyimi torpağa bağlamış sadə insanlardan biriyəm. Ailəmi də öz halal zəhmətimlə dolandırır və bundan qürur duyuram. Torpaqla dostluq, sözün əsl mənasında, mənə hər şey verib. Hər cür rahatlığı, müasir məişət avadanlıqları olan geniş, yaraşıqlı ikimərtəbəli evim var. Əkin-biçindən götürdüyüm qazancla "Prado" markalı avtomobil də almışam.

Torpaqla ünsiyyətimin tarixi 35 il əvvələ gedib çıxır. Sovet dövründə Bərdə rayonundakı "Sosializm" kolxozunda briqadir işləyirdim. Pambıq əkib-becərir, bol məhsul istehsal edirdik. Hər ili yüksək nailiyyətlərlə başa vururduq. Respublikamız müstəqillik qazanandan sonra torpaq islahatı keçiriləndə dərk etdim ki, arzuladığım  dövran yetişib. Odur ki, torpaqdan daha möhkəm yapışdım. Rayonumuzda ilk kəndli-fermer təsərrüfatlarından birini yaratdım. Dövlətin qayğısı, köməyi isə  bizə qol-qanad verdi. Köhnə briqadanın fəal, işgüzar üzvlərini başıma yığıb işə başladım.

Bizim "Rüstəm" kəndli-fermer təsərrüfatı toxumçuluq üzrə ixtisaslaşıb. İstifadəmizdə olan 69 hektar sahənin çox hissəsində toxumluq taxıl əkib-becəririk. Yetişdirdiyimiz toxum nəinki Bərdədə, hətta qonşu rayonların əkinçiləri tərəfindən də rəğbətlə qarşılanır. Özüm ali təhsilli aqronomam. İşimizlə elmlə təcrübəni düzgün əlaqələndirəndə çox vaxt yaxşı alınır, yüksək nəticələr əldə edirik. Bu ilki nəticələr də ürəkaçandır. Hər hektarın məhsuldarlığını 42,7 sentnerə çatdırdıq, bütövlükdə 295 ton yüksək keyfiyyətli taxıl istehsal edib, yaxşı qazanc götürdük. Dövlət də  taxıl əkənlərə hər hektar hesabı ilə yaxşı subsidiya verir, mineral gübrələri yarı qiymətinə almağımıza şərait yaradır. Bu isə özlüyündə taxılçı əməyini stimullaşdırır, bizi torpağa daha möhkəm tellərlə bağlayır.

Qazandığımız nailiyyətlərlə arxayınlaşmır, yeni uğurlara can atırıq. Çörək süfrəmizin müqəddəs neməti, eyni zamanda, and yerimizdir. Onun bolluğu firavanlığın, xoş güzəranın birinci şərtidir. İndi gələn ilin qayğıları ilə yaşayırıq.

 

Əli MUSTAFAYEV,

Bərdə rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video