04 Oktyabr 2011 12:10
555
DÜNYA
A- A+

Filippində amerikalı girov azad edildi

 

Filippinli yaraqlılar təxminən iki ay əvvəl girov götürdükləri ABŞ vətəndaşını azad etmişlər.

Bu barədə "Frans Press" agentliyi xəbər verir. Məlumata görə, Cerfa Lansmen adlı qadın srağagün axşam azadlığa buraxılmışdır. Yaraqlılar onu qayıqla Basilan adasına gətirmiş və sahildə qoyub getmişlər. Qadının azad edilməsi üçün girov ödənib-ödənilmədiyi məlum deyil.

"Röyter" agentliyinin verdiyi xəbərə görə, Lansmen ada kəndlərindən birinin yaxınlığında polis patrulu tərəfindən aşkar edilmişdir.

Yaraqlılar hələ də qadının 14 yaşlı oğlunu və 19 yaşlı qohumunu girovluqda saxlayırlar. Onların hər üçü iyulun 12-də Zamboanqa şəhərinin yaxınlığında oğurlanmışdır. Bəzi məlumatlara görə, yaraqlılar Lansmeni və onun yaxınlarını azadlığa buraxmaq üçün 10 milyon dollar tələb etmişlər. Amma bu xəbər hələ ki təsdiqini tapmamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video