06 Oktyabr 2021 13:12
536
DÜNYA
A- A+

Feysbuk sosial şəbəkəsi misli görünməmiş böhranla üzləşib

 

Populyar Feysbuk sosial şəbəkəsi tarixdə misli görünməmiş böhranla üzləşib. Əvvəllər bu şirkətdə məlumatların emalı üzrə mütəxəssis vəzifəsində çalışan xanım Frensis Hogen tərəfindən açıqlanmış ifşaedici məlumatlar şirkətin tarixində ən böyük qalmaqal ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, Hogen Senatın İstehsalçı hüquqlarının müdafiəsi, məhsulun təhlükəsizliyi və məlumatların təhlükəsizliyi məsələləri üzrə Yardımçı Komitəsində dinləmələrdə ifadə verib. O qeyd edib ki, Feysbuk uşaqlara ziyan vurur, cəmiyyətdə ayrı-seçkilik yaradır və demokratiyanın əsaslarını sarsıdır.

Frensis Hogen daha əvvəl bildirib ki, Feysbuk şirkətində işlədiyi dövrdə bu şirkətin öz mənfəətini ictimai təhlükəsizlikdən üstün tutmasına, insanların həyatını riskə məruz qoymasına görə narahatlıq keçirirdi. Hogen “60 Minutes” telekanalına müsahibə verməzdən əvvəl müvafiq sənədləri Konqresə gətirib. O, həmin müsahibədə may ayında Feysbuk şirkətini tərk etdiyini bildirib.

Mətbuatda dərc edilmiş sənədlərdən məlum olur ki, şirkətin rəhbərləri onun platformalarının bəzi gənc istifadəçilərə mənfi təsir göstərməsini bilirlər. Bundan əlavə, Hogen Feysbukun fəaliyyət alqoritmini istifadəçilərə yalan informasiya verən element adlandırıb. O deyib ki, Feysbuk 2020-ci il seçkiləri barədə dezinformasiya riskini başa düşürdü və buna görə təhlükəsizlik sistemlərini gücləndirmişdi, lakin seçkilərdən sonra bu tədbirləri yenə zəiflədib. İfşaedici sənədlərdə göstərilir ki, bu şirkət məşhur şəxslərə, siyasətçilərə və yüksəkvəzifəli Feysbuk istifadəçilərinə müxtəlif münasibət bəsləyir. Bu da məlum olub ki, belə şəxslərin uçot qeydlərinə moderasiya siyasəti, yəni çarpaz yoxlama adı ilə məşhur olan XCheck sistemi ya zəif tətbiq edilir, ya da ümumiyyətlə tətbiq edilmirdi. Sadə dildə desək, həmin istifadəçilərin postları sosial şəbəkə qaydalarını pozduqda belə, bu postlar silinmirdi.

Ötən həftə Senatın Yardımçı Komitəsi qarşısında dinləmələr zamanı hər iki partiyadan olan senatorlar Feysbuk şirkətini kəskin tənqid ediblər. Qanunvericilər bildiriblər ki, onlar Feysbukun uşaqlar üçün yaxşı platforma ola biləcəyinə inanmırlar (hazırda Feysbukun uşaqlar üçün uyğunlaşdırdığı İnstaqram platforması nəzərdə tutulub).

Frensis Hogen “60 minutes” telekanalına müsahibəsində deyib: “Feysbuk bir daha nümayiş etdirir ki, o, müstəqil fəaliyyət göstərmək iqtidarında deyil. Feysbuk bir daha nümayiş etdirir ki, o, ictimaiyyətin təhlükəsizliyini yox, öz mənfəətini üstün tutur. O, özünün mənfəəti naminə bizim təhlükəsizliyimizi riski məruz qoyur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video