19:32 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fermerlər maarifləndirilir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 10.10.2021

 

Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə tərəfdaşlığı ilə respublikanın müxtəlif bölgələrində payızlıq əkinlərdə fermerlərin maarifləndirilməsi ilə bağlı təlim-seminarlar davam edir.

Növbəti təlim-seminar Tovuz Toxum Emalı Zavodunda keçirilib. Seminarda Dövlət Toxum Fondunun mütəxəssisləri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri, bölgə fermerləri, toxumçular, təsərrüfat rəhbərləri iştirak ediblər.

Seminarda iştirakçılara payızlıq taxıl səpinində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması barədə ətraflı məlumatlar verilib. Təlimdə iştirak edən fermerlərə bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiq edilməsi və səpinin yüksək keyfiyyətlə aparılmasına nail olmaq üçün ən son elmi nailiyyətlər barədə təqdimatlar olub. Eyni zamanda bölgənin torpaq-iqlim şəraitinə uyğun, yüksək məhsuldar və keyfiyyətli buğda və arpa sortlarının bioloji xüsusiyyətləri, səpin müddəti, səpin normaları, gübrə normaları və s. haqqında fermerlərə ətraflı məlumatlar verilib.

Təlimdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb, maarifləndirici kitabçalar paylanılıb.

Sonda Tovuz Toxum Emalı Zavodunun fəaliyyəti  ilə tanışlıq olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM