09:04 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fədakar alim
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:12 15.12.2011

 

Hər bir alimin dəyəri onun intellekti, hazırladığı kadrlar və elmə verdiyi töhfələrlə qiymətləndirilir. Belə alimlərdən biri keçmiş SSRİ Daxili İşlər Nazirliyinin əməkdar işçisi, hüquq elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının "Hüquqşünaslıq" kafedrasının müdiri İbrahim Quliyevdir.

İbrahim Quliyev 1951-ci il dekabrın 21-də Lənkəran şəhərində anadan olmuşdur.  İ.Quliyev orta təhsilini başa vurub hərbi xidmətə getmiş, xidmətdən sonra Rusiya Federasiyasında daxili işlər orqanlarına qəbul olunmuşdur. SSRİ Daxili İşlər Nazirliyinin Kaunas şəhərindəki milis məktəbini, SSRİ Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının İttifaq Respublikaları üçün rəhbər kadrlar hazırlayan I fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, akademiyanın adyunkturasında oxumuş, namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonradan Moskva şəhərindəki Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının doktoranturasına daxil olmuş, doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır.

Yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən İ.Quliyev uzun illər Gəncə, Quba, Yevlax, Yardımlı, Astara şəhər və rayonlarının daxili işlər şöbəsinin rəisi işləmiş, polis polkovniki rütbəsinədək yüksəlmişdir. O, həm də Qarabağ müharibəsinin fəal iştirakçılarından biridir. Elmə, təhsilə böyük həvəsi olan İ.Quliyev II ixtisas kimi Gəncə Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsini də bitirmişdir.

1993-cü ilin avqust ayında Astara Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 2001-ci il aprel ayının sonlarınadək bu vəzifədə çalışmış, bundan sonrakı fəaliyyətini Azərbaycanda hüquq elminin inkişafına həsr etmişdir. Dövlət başçısı tərəfindən İ.Quliyev nümunəvi fəaliyyətinə və qüsursuz xidmətinə görə bir sıra orden və medallarla təltif olunmuşdur. O, 200-dən artıq elmi məqalənin, bir neçə dərsliyin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi-metodik vəsaitlərin müəllifidir. Azərbaycan KİVİHİ-nin "Hacı Zeynalabdin", "İnam", "Vətən" mükafatlarını almış, respublikada "İlin ən yaxşı ziyalısı" fəxri adına layiq görülmüşdür.

İ.Quliyev uzun müddət Azərbaycan - İran Dostluq Cəmiyyətinin sədri də olmuşdur.

Elmi axtarışlarını davam etdirən alim 1997-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Almaniya, Fransa və Hollandiyada olmuş, həmin ölkələrin yerli özünüidarə orqanlarının fəaliyyətini öyrənmiş və onların təcrübəsindən istifadə edərək Azərbaycan Respublikasında bələdiyyələr haqqında qanunvericiliyin hazırlanmasında yaxından iştirak etmişdir. 2006-2010-cu illərdə İ.Quliyevin müəllifi olduğu dörd dərs vəsaitindən üçü məhz yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə aiddir.

İ. Quliyev həm respublika, həm də xarici ölkələrdə, o cümlədən Rusiya, Ukrayna və Türkiyədə keçirilmiş elmi konfranslarda dəfələrlə çıxış etmiş, Azərbaycan hüquq elmini layiqincə təmsil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası professor İ.Quliyevi Milli Aviasiya Akademiyasında "12.00.02 - Konstitusiya hüququ; bələdiyyə hüququ" və "12.00.10-Beynəlxalq hüquq" ixtisası üzrə fəaliyyət göstərən FD.06.011 saylı Dissertasiya Şurasının sədri təyin etmişdir. İ.Quliyevin rəhbərlik etdiyi Dissertasiya Şurası öz nüfuzuna, obyektivliyinə və prinsipiallığına görə elmi ictimaiyyətin dərin hörmətini qazanmışdır. Elmi özü üçün həyat meyarı seçən İ.Quliyevin respublikamızda hüquqşünas alimlərin yetişdirilməsində böyük xidmətləri var. Hazırda o, 10-a yaxın doktorant və dissertanta elmi rəhbərlik edir. Onun rəhbərlik etdiyi kafedrada 10 dissertant və 1 doktorant elmi iş üzərində çalışır. İ.Quliyevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasında əməkdaşlar tərəfindən 2011-2012-ci tədris ilində 30-dan artıq elmi əsər çap olunmuşdur. Hüquqşünas alim hansı vəzifədə çalışmasından asılı olmayaraq həmişə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Hətta Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən də Lənkəran Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.

İ.Quliyev müəllimlik peşəsini sevməklə yanaşı, onu tələbələrə sevdirməyi də bacarır. O, həmişə tələbələrinə qətiyyətli olmağı, haqsızlığa və ədalətsizliyə qarşı barışmaz mövqedə durmağı, qanunlarımızın aliliyinə hörmət etməyi, şəxsiyyəti və mənəviyyatı qorumağı tövsiyə edir, tələbələrə pak və təmiz duyğular aşılayır.

Dekabr ayının 21-də professor İbrahim Quliyevin 60 yaşı tamam olur. Bu münasibətlə onun ünvanına keçmiş iş yoldaşlarından, tələbələrindən də neçə-neçə təbrik teleqramları gəlir. Ünvanlar müxtəlif olsa da, arzu birdir: cansağlığı, gələcək işlərində yeni yaradıcılıq uğurları. Biz də bu arzu və təbriklərə qoşulur və inanırıq ki, onun səsi Milli Aviasiya Akademiyasının auditoriyasından hələ uzun illər bundan sonra da eşidiləcəkdir.

 

Şöhlət KƏRİMOV,

Milli Aviasiya Akademiyasının "Hüquqşünaslıq" kafedrasının dosenti,

hüquq üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM