11 Noyabr 2021 17:46
1219
Mədəniyyət
A- A+

“Expo 2020 Dubai”da Azərbaycanın turizm imkanları tanıdılır  

Noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu və Yaxın Şərqdə turizm üzrə ixtisaslaşmış nüfuzlu şirkətlərin nümayəndələri arasında işgüzar görüşlər keçirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşlər Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego”, Birləşmiş Ərəb Əmirliklərinin aparıcı səyahət platformaları olan “DnataTravel” və “Al Rais Travel” , Yaxın Şərqdə aparıcı səyahət və turizm təmsilçiliyi şirkəti sayılan “Gulf Reps”, həmçinin əsası Səudiyyə Ərəbistanında qoyulmuş, Yaxın Şərq bölgəsində ən böyük səyahət və turizm şirkətlərindən olan “Seera Group”un rəhbər şəxsləri arasında baş tutub.

Görüşlərdə ikitərəfli əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinin inkişaf perspektivləri, ortaq layihələr, həmçinin beynəlxalq səviyyədə kütləvi təbliğat kampaniyaları məsələləri müzakirə olunub.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edərək hədəf bazarları təmsil edən nüfuzlu şirkətlərlə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Həmçinin noyabrın 11-də qeyd olunan şirkətlərin rəhbər şəxsləri və Florian Zenqstşmidin iştirakı ilə “Dayanıqlılıq və texnologiyanın turizmə təsirləri” mövzusunda panel sessiyası keçirilib.

Sessiyada çıxış edən F.Zenqstşmid Azərbaycanın turizm potensialının Yaxın Şərq regionunda tanıdılmasında onlayn platformaların vacib rol oynadığını, bu istiqamətdə fəaliyyətin genişləndirildiyini, müxtəlif təbliğat kampaniyalarına start verildiyini, Azərbaycanın turizm imkanlarının hədəf bazarlar üzrə daha geniş kütlələrə çatdırılması məqsədilə oktyabr ayından etibarən Yaxın Şərq regionu üzrə tanınmış “DnataTravel” və “Wego” turizm şirkətləri ilə əməkdaşlığa başlandığını qeyd edib.

Sessiyada Azərbaycan və BƏƏ-də turizm destinasiyalarının idarəedilməsi istiqamətində, eləcə də dayanıqlı turizmin inkişaf etdirilməsi üzrə innovativ yanaşma kimi texnologiyanın rolu mövzusunda müzakirələr aparılıb.

F.Zenqstşmid “EXPO 2020 Dubai” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq müzakirə panelinin mühüm mövzunu əhatə etdiyini, yeni dövrdə texnologiyanın dayanıqlı turizm sənayesinin formalaşmasında əsaslı rol oynadığını vurğulayıb.

Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında “Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsi keçirilmiş, Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunmuşdu. 1 oktyabr tarixindən start götürən sərgi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video