04:56 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Evdə bacı, idman yarışında rəqib
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
00:23 03.04.2019


Qusarda gənclər arasında şahmata maraq böyükdür. Bu marağı yaşlı nəsil də dəstəkləyir, hətta onlarla öz aralarında yarış da keçirirlər. Ötən ilin son günlərində maraqlı yarışlardan biri Qusar Şahmat Mərkəzində olub.

Turnirdə 8, 12, 16 yaşadək oğlanlar 3 qrupda, 10, 16 yaşadək qızlar iki qrupda mübarizə aparmışlar. Kiçik yaş qrupunda Asim Mahmudov, Vaqif Əzizov, Timur Ataxanov müvafiq olaraq 1-3-cü yerləri bölüşdülər.

12 yaşlılar arasında Elnur Nurmətov fərqlənmişdir. İkinci yeri Feyzulla Feyzullayev, üçüncü yeri Emin Mirzəğayev tutmuşdur. 16 yaşadək oğlanların mübarizəsində Aydın Şahpələngov qalib gəlmişdir. Rəşid Səfərov 2-ci, Rafiq Bazov 3-cü nəticə göstərmişdir.

10 yaşlı qızların yarışında Aişə Mustafayeva turniri qalib kimi başa vurmuşdur. Onun bacısı Naşida 3-cü, Elvina Səlimova 2-ci yeri tutub. 16 yaşadək qızlar arasında Fəridə və Fidan Quliyeva bacılarının qarşılaşması böyük maraq doğursa da, onlar birinciliyi əldən verdilər. Bu qrupda Səidə Səlimova 1-ci, Fəridə 2-ci, Fidan 3-cü yerə layiq görüldü.

Rayonda belə turnirlərin vaxtaşırı keçirilməsi qərara alınıb. Bununla bağlı şahmat mərkəzində növbəti turnirdə iştirak etmək arzusunda olanların qeydiyyatı aparılır.

Ravil BABAYEV,

Qusar



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM