09:50 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Eurovision-2012» mahnı müsabiqəsində Azərbaycanı Səbinə Babayeva təmsil edəcəkdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:02 14.02.2012

 

Bu il mayda Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanı  Səbinə Babayeva təmsil edəcəkdir.

AzərTAc xəbər verir ki, Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün fevralın 12-də Heydər Əliyev Sarayında 5 namizəd arasında milli final yarışması keçirilmişdir. Seçim turunun son konsertində finalçı məlum olmuşdur. "Eurovision-2012"də Azərbaycanı təmsil etmək uğrunda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Orxan Kərimlinin mübarizə apardığı konsert proqramında Səbinə Babayeva qalib gəlmişdir. 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, xalq artistləri Rauf Babayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, bəstəkar Faiq Sücəddinov, musiqişünas Zümrüd Dadaşzadə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın təmsil olunduqları münsiflər heyətinin qərarı ilə milli seçim turunun qalibi elan olunmuşdur.

Layihə çərçivəsində keçirilən 8 seçim turunda 70 nəfərdən artıq gənc musiqiçinin ifası dinlənilmiş, onlardan 5-i milli müsabiqənin finalına vəsiqə qazanmışdır.

Qeyd edək ki, Bakı şəhərindəki "Baku Crystall Hall"da təşkil ediləcək "Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinalları mayın 22-si və 24-də baş tutacaqdır. Birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaqdır. Ümumilikdə 43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcəkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM