13:46 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Eurovision-2012» mahnı müsabiqəsi ilə bağlı yaradılan qeyri-qanuni internet saytları barədə tədbir görüləcəkdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:02 08.02.2012

 

Avropa Yayımları Birliyi (EBU) "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı müxtəlif internet saytları, eləcə də facebook, twitter və digər sosial şəbəkələrdə qeyri-qanuni olaraq rəsmi ad altında açılan səhifələrlə bağlı tədbir görəcəkdir.

Bu sözləri eurovision.az saytına açıqlamasında müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker demişdir. Sietse Bekker əlavə etmişdir ki, bu problem çox tez-tez baş verir və müxtəlif şəxslər rəsmi ad altında səhifələr yaradırlar. Biz bunları aşkar etdikdə onların bağlanması təklifi ilə çıxış edirik.

Sietse Bekker 2012-ci ilin əvvəlindən indiyədək 15-ə yaxın səhifənin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olunduğunu demişdir. Bildirmişdir ki, "Eurovision" mahnı müsabiqəsinin rəsmi səhifəsi adı altında fəaliyyət göstərən müxtəlif internet saytları və sosial şəbəkələrdə layihəyə dair ictimaiyyəti çaşdıran yanlış informasiyalar verilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM