04 Sentyabr 2021 23:16
645
SİYASƏT
A- A+

 ƏÜO-nun xüsusi təyinatlı bölmələrində “Çətin dağlıq ərazilərdə taktiki fəaliyyətlər” mövzusunda nümayiş məşğələsi keçirilib

 

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində “Çətin dağlıq ərazilərdə taktiki fəaliyyətlər” mövzusunda nümayiş məşğələsi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kiçik komandirlərin idarəetmə bacarığının artırılması, hücum edən və dəstəkləyən bölmələrlə qarşılıqlı əlaqə suallarının işlənilməsi üzrə keçirilən məşğələdə əsas diqqət 44 günlük Vətən müharibəsində qazanılan təcrübəyə və icra edilən müxtəlif atəş tapşırıqlarının həllinə yönəldilib.

Müxtəlif texniki vasitələrdən və pilotsuz uçuş aparatlarından istifadə edərək vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən mövqeyi qiymətləndirilir, qəbul edilmiş qərara uyğun olaraq hər bir xüsusi təyinatlıya yerinə yetirəcəyi tapşırıqlar verilir.

Xüsusi təyinatlı qrup ərazinin çətin keçilə bilən relyefindən istifadə edərək düşmənin mühəndis cəhətdən hazırlıqlı mövqeyinə koordinasiyalı irəliləmə ilə gizli şəkildə yaxınlaşır.

Qarşılıqlı fəaliyyətdə olan atəş dəstək qrupunun düşmən mövqeyinə açdığı atəşlərdən yararlanan xüsusi təyinatlılar qrupda mövcud olan silah nümunələrinin sərrast atəşi ilə düşmənin canlı qüvvəsini məhv edərək hakim yüksəkliyi ələ keçirirlər.

Hakim yüksəklikdə mövqelənən xüsusi təyinatlı qruplar düşmənin əks-hücumunu əngəlləmək və digər qruplarımızın təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədilə tədbirlər görürlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video