05:53 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Estoniyalı həkimlərin koronavirus əleyhinə hazırladığı sprey “delta” ştamından da qoruyur
ANA SƏHİFƏ / DÜNYA
19:28 02.08.2021

 

Estoniya şirkətləri və universitetlərinin birgə hazırladığı koronavirusa qarşı burun spreyi üzrə aparılan laborator tədqiqatlar onun hazırda yayılmış “delta” ştamının qarşısının alınmasında effektli olduğunu sübut edib.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, laborator tədqiqatlar burun spreyinin həm əsas Uhan ştamından, həm də Hindistan mənşəli “delta” ştamından, eləcə də Britaniya, Cənubi Afrika və Braziliya ştamlarından qoruduğunu sübut edib.

Gen mühəndisliyi şirkəti “Icosagen”in elmi direktoru Mart Ustav bu günə qədər aparılan laborator tədqiqatlar nəticəsində hazırlanmış burun spreyinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) daha böyük narahatlıq doğuran və hazırda Estoniyada yayılan “delta” ştamı da daxil olmaqla koronavirusun bütün ştamlarından eyni dərəcədə və lazımi səviyyədə qoruduğunu söyləyib.

“Komandamızla birlikdə virusdakı dəyişiklikləri daim izləyirik və “BioBlock” burun spreyinin hələ geniş yayılmamış ştamları neytrallaşdırmaq qabiliyyətini proaktiv şəkildə sınaqdan keçiririk”, – deyə Mart Ustav qeyd edib.

Estoniyanın Səhiyyə Departamenti “BioBlock”un istehsalı və satışı ilə bağlı qərarı Dərman Vasitələri Departamenti, Səhiyyə Departamenti, Kənd Təsərrüfatı və Qida Departamenti, İstehlakçıların Hüquqlarının Müdafiəsi və Texniki Nəzarət Departamentinin mütəxəssislərindən ibarət ekspert qrupunun sərhəd məhsulları üzrə rəyi əsasında qəbul edib. Bu, hüquqi nöqteyi-nəzərdən dərman və ya tibbi ləvazimat olmasa da, qablaşdırmanın üzərində olan məhsul haqqında məlumatlar həm Dərman Vasitələri Departamenti, həm də Səhiyyə Departamenti ilə razılaşdırılıb.

Qeyd edək ki, konsepsiyası professor Mart Ustavın rəhbərliyi ilə “Icosagen” şirkətinin tədqiqatçıları tərəfindən hazırlanan “BioBlock” Estoniyanın yeni məhsuludur. “BioBlock”ın hazırlanması və satışı məqsədilə “Chemi-Pharm” əczaçılıq laboratoriyası, “Icosagen” şirkəti, Tartu Universiteti, Estoniya Təbiət Elmləri Universiteti və “OÜ Teadus ja Tegu” şirkətinin alimlərindən və mütəxəssislərindən ibarət konsorsium yaradılıb. Məhsulun texnologiyası patentləşdirilib. “BioBlock” burun spreyi “Chemi-Pharm” əczaçılıq laboratoriyası tərəfindən istehsal olunaraq satılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM