04:18 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əsas kapitala yönəldilmiş vəsaitlərdə daxili sərmayə üstünlük təşkil edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 20.08.2011

 

Yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5491,5 milyon manat vəsait yönəldilmişdir. Onun 59,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illik müvafiq dövrlə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 19,1 faiz çox olmuşdur.

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 3170,5 milyon manat, qeyri-dövlət müəssisələri isə 2321 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 2617,5 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində isə 2874 milyon manatlıq vəsaitdən istifadə olunmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitin 74,4 faizini daxili, 25,6 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmişdir. Daxili mənbələrdən yönəldilən vəsaitlərin 68,3 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, qalanı isə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.

Cari ildə büdcədən maliyyələşdirilən  inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsindən 5965,9 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. İlin yeddi ayı ərzində bu vəsaitin 1779,6 milyon manatından istifadə edilmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 49,8, bank kreditləri 9,5, büdcə vəsaitləri 34,3, büdcədənkənar fondların vəsaitləri 3,1, əhalinin şəxsi vəsaitləri 3,2, digər  vəsaitlər 0,1 faiz təşkil etmişdir.

Cari ilin yeddi ayı ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 43,1 faizi sənaye sahələrinin inkişafına, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 1 faizi tikintiyə, 3,6 faizi ticarətə, 21,6 faizi nəqliyyat və anbar təsərrüfatına, 1,9 faizi informasiya və rabitəyə, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,2 faizi maliyyə və sığorta fəaliyyətinə, 8,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 8,8 faizi mənzil tikintisinə), 5,4 faizi dövlət idarəetməsinə, 1,9 faizi təhsilə, 1,5 faizi səhiyyəyə, 4,3 faizi istirahət, əyləncə və incəsənətə, 0,1 faizi peşə və elmi-texniki fəaliyyətə, 0,5 faizi inzibati və yardımçı xidmətlərin, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilmişdir.

Hesabat ilinin ötən yeddi ayı ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 71,8 faizi qeyri-neft bölməsinin, 14,9 faizi qeyri-neft sənaye bölməsinin, 28,2 faizi isə neft bölməsinin inkişafında istifadə olunmuşdur.

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində "Dərnəgül" metro stansiyası, Abşeron rayonunda mebel fabriki və AZMDF zavodu, Samux rayonunda  meyvə qurudulması və emalı müəssisəsi, Ağcabədi rayonunun Ağabəyli kəndində "Atena" süd istehsalı və emalı kombinatı, Ağcabədi şəhərində süd emalı zavodu, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu (24,5 kilometrlik hissəsi), şahmat məktəbi, İmişli rayonunda yem və bitki yağları fabrikləri, İmişli-Qaravəlli-Mirili avtomobil yolunun yenidən  qurulması, Olimpiya idman kompleksi, Araz çayının yeni qolunun üzərində körpü istifadəyə verilmişdir.

Təzə işə düşmüş obyektlər sırasında Göyça

y rayonunda  Meyvə və tərəvəz saxlamaq üçün soyuducu anbar, Astara rayonunda qaz-kompressor stansiyası, Astara-Bala Şahağac avtomobil yolunun 19 kilometrlik hissəsi, Tovuz rayonunda süd emalı zavodu, Olimpiya idman kompleksi, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu, Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu, Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 kilometrlik hissəsi də var.

Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1017,6 min kvadratmetr olan yeni yaşayış evləri, 1956 şagird yerlik ümumtəhsil məktəbi, 25 çarpayılıq xəstəxana, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Kempinski Badamdar" Hotel kompleksi və müalicə-diaqnostika mərkəzi, Gəncə şəhərində fiziki qüsurlu insanlar üçün regional informasiya mərkəzi, Naftalan şəhərində "Çinar Hotel və SPA Naftalan"  və "Qaşaltı" sanatoriya kompleksləri və Xızı rayonunda müalicə-diaqnostika mərkəzi istifadəyə verilmişdir.

Cari ilin yeddi ayı ərzində xarici mənbələrdən  əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1407,8 milyon manat təşkil edərək əvvəlki ilin  müvafiq dövrünə nisbətən 42,9 faiz çox olmuşdur.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən cari ilin yanvar-iyul  ayları ərzində əsas kapitala yönəldilmiş xarici vəsaitin 89 faizi Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya, Fransa və Koreya investorlarına məxsusdur.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini 22,7 faiz  üstələmişdir.  Görülmüş ümumi tikinti işlərinin 75,6 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,4 faizini əsaslı təmir, 3 faizini cari təmir, 5 faizini isə sair tikinti işləri təşkil etmişdir. Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 26,6 faizini, qeyri-dövlət müəssisələri isə 73,4 faizini həyata keçirmişlər.

Bu ilin birinci yarısında inşaat bölməsində çalışan 71,7 min nəfərin orta aylıq nominal əməkhaqqı 512,3 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artmışdır. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı 541,3 manat olmuşdur. Mülki təyinatlı inşaat işlərində əməkhaqqı 9 faiz, ixtisaslaşdırılmış tikinti işlərində 6,7 faiz artmışdır.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM